FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir
5-08-2026, 15:00 | XƏBƏR
Azərbaycan xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir

"Prezident İlham Əliyevin iyulun 31-də Qırğız Respublikasına dövlət səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata bəyanatları iki qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Bu faktorlar yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də Türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm hadisədir".

Bu fikirləri Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "İki ölkə arasında müttəfiqlik münasibətləri qarşılıqlı dəstək, təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət kimi mühüm istiqamətləri özündə birləşdirir. Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq platformalarda ortaq mövqedən çıxış etməyə, regional sabitliyin möhkəmləndirilməsinə və qarşılıqlı maraqlara xidmət edən layihələri birlikdə həyata keçirməyə sadiq olduqlarını nümayiş etdiriblər.

Səfərin əsas nəticələrindən biri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi olub. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin 200 milyon ABŞ dollarına çatdırılması tərəflərin iqtisadi əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Fond vasitəsilə sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə həyata keçirilən layihələr hər iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir. İnvestisiyaların artırılması yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun genişlənməsinə və regional inkişafın sürətlənməsinə mühüm töhfə verəcək. Dövlətimizin başçısı qeyd etmişdir: "Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək".

Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi ən nüfuzlu layihələrdən biri İssık-Kul gölünün sahilində inşa edilən "Bakı Resort & Spa" mehmanxanasıdır. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən bu beşulduzlu kompleks yalnız turizm layihəsi deyil, həm də iki ölkə arasında etimadın, dostluğun və iqtisadi əməkdaşlığın rəmzidir. "Bakı" adının Qırğızıstanın ən məşhur turizm bölgələrindən birində əbədiləşdirilməsi Azərbaycan brendinin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

İkitərəfli münasibətlərin humanitar ölçüsü də xüsusi diqqət çəkir. Qarabağın bərpası prosesində Qırğızıstanın göstərdiyi dəstək qardaşlığın real təzahürüdür. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin tikilməsi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə verilən töhfə olmaqla yanaşı, ortaq türk irsinin yaşadılması baxımından da böyük məna daşıyır. Bu layihə gələcək nəsillərə dostluq, həmrəylik və birgə inkişaf mesajı verir.

Eyni zamanda, Çingiz Aytmatovun Bakıda abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında mənəvi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu təşəbbüslər sübut edir ki, iki ölkə münasibətlərini yalnız siyasi maraqlar üzərində deyil, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində qurur.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli "Manas" ordeni ilə təltif olunması, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi - "Heydər Əliyev" ordeninə layiq görülməsi dövlət başçıları arasında qarşılıqlı hörmətin və yüksək etimadın göstəricisidir. Belə ali mükafatların təqdim olunması münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir.

Çolpon-Ata Bəyannaməsinin qəbulu isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən mühüm siyasi sənəd kimi diqqət çəkir. Bəyannamə nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, ticarət, investisiyalar və humanitar əməkdaşlıq sahələrində yeni imkanlar yaradır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması da ölkəmizin regionla əlaqələrinin institusional əsaslarının möhkəmləndiyini nümayiş etdirir.

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər bu gün Türk dünyasında qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa əsaslanan uğurlu tərəfdaşlıq modelidir. Dövlət başçılarının siyasi iradəsi sayəsində bu əlaqələr ildən-ilə dərinləşir, yeni iqtisadi layihələr həyata keçirilir, humanitar əlaqələr genişlənir və regional əməkdaşlıq daha möhkəm əsaslar üzərində qurulur.

Azərbaycan xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu siyasət ortaq dəyərlərə söykənən münasibətləri daha da möhkəmləndirir, regionda sabitliyə və rifaha xidmət edən yeni təşəbbüslərin reallaşmasına şərait yaradır. Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi isə bu strateji kursun uğurlu nəticəsi olmaqla yanaşı, gələcək əməkdaşlığın daha geniş perspektivlər vəd etdiyini də nümayiş etdirir".




Baxış sayı: 125
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031