Ombudsman əlilliyi olan şəxslərin müraciətləri əsasında tövsiyələr hazırlayacaq.
Fact-info.az-a bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, tövsiyələr Ombudsmanın müstəqil monitorinq qrupunun BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının həyata keçirilməsinin təşviqi üzrə həyata keçirdiyi onlayn ictimai sorğunun nəticələri əsasında hazırlanacaq.
Sorğunun nəticələri əlilliyi olan şəxslərlə bağlı cins, yaş, yaşayış yeri, əlillik səbəbi, təhsil, məşğulluq, ailə vəziyyəti, mənzil şəraiti, ayrı-seçkiliyə məruz qalma halları, ölkədə əlillik siyasətinin qiymətləndirilməsi, hüquqların daha çox pozulduğu sahələr və müraciət edilən qurumlar barədə məlumatları özündə əks etdirir.
Təkliflər hissəsində əlilliyi olan şəxslərin qeyd etdiyi əsas məsələlər sırasında işlə təmin olunmaqla bağlı çətinliklər, mənzil təminatında problemlər, əlilliyin müəyyən edilməsi və yenidən qiymətləndirilməsi ilə bağlı narazılıqlar, əlillik dərəcəsi verilməsindən imtina halları, maddi təminatın aşağı olması, müavinətlərin artırılması və əlavə güzəştlər verilməsi, xüsusilə qəsəbə və kəndlərdə ictimai infrastrukturun, habelə nəqliyyatın müyəssərliyi məsələsi, bank xidmətlərinə çıxışla bağlı çətinliklər, elektron xidmətlərdən istifadə sahəsində çatışmazlıqlar, reabilitasiya vasitələri ilə təminatda mövcud vəziyyət, bəzi xəstəliklərlə bağlı dövlət hesabına dərman təminatı və s. öz əksini tapıb.
Qeyd olunub ki, respondentlərin təkliflər bölməsində qaldırdığı problemlərlə bağlı ümumiləşdirmə aparılır və təhlillər əsasında Ombudsmanın illik məruzələrində həmin məsələlərlə bağlı tövsiyələr hazırlanacaq.
Eyni zamanda xüsusi aktuallıq kəsb edən məsələlərlə bağlı aidiyyəti qurumlara məktublar ünvanlanıb.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
