Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) yüksək nəticə ilə seçən tələbələr üçün yeni təqaüd imkanı yaradılıb.
Universitetdən Fact-info.az-a bildirilib ki, 600 bal və daha yüksək nəticə ilə ADPU-ya qəbul olunan ilk 10 tələbə tədris ilinin ilk semestri ərzində aylıq 200 AZN məbləğində xüsusi “Uğur” təqaüdü qazanacaq.
“Uğur” xüsusi təqaüd proqramı ADPU-ya ən yüksək balla qəbul olaraq “Firudin bəy Köçərli” təqaüdü qazanan tələbədən sonra növbəti yerlərdə qərarlaşan, qəbul imtahanında 600 və daha yüksək bal toplayan ilk 10 tələbəyə şamil olunur.
“Firudin bəy Köçərli” təqaüdü ADPU-ya ən yüksək nəticə ilə qəbul olunan tələbələrə bir il müddətində aylıq 125 AZN məbləğində təqdim edilir.
Yeni “Uğur” proqramı yüksək nəticə göstərən tələbələrin universitetə cəlb olunmasını və onların təhsil uğurlarının stimullaşdırılmasını hədəfləyir.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
