FACT-INFO.AZ » XƏBƏR » Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır
6-08-2026, 19:30 | XƏBƏR
Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Peşəkar kadr çatışmazlığının olmaması Türkiyə üçün texnoloji asılılığın minimuma endirilməsi qədər vacibdir. Bu, milli təhlükəsizlik və inkişaf məsələsi olmaqla yanaşı, müdafiə sənayesi sahəsi üçün də xüsusi əhəmiyyət daşıyır. Fact-info.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankaradakı Prezident Milli Kitabxanasında keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Türkiyənin müdafiə sənayesi şirkətlərində təxminən 120 min nəfər çalışır və onların orta yaşı 34-dür: “Texnologiyaları hazırlamaq, istehsal etmək və texnoloji trendləri formalaşdırmaq qabiliyyətinə malik peşəkar kadrların mövcudluğu ölkəmizin kritik texnoloji sahələrdə xarici asılılığının azalması, həmçinin təcrübə və bilik potensialının güclənməsi deməkdir”.

Türkiyənin vitse-prezidenti yerli müdafiə sənayesinin nailiyyətlərinə də diqqət çəkib: “Ötən ilin yekunlarına əsasən, Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 10 milyard dolları ötüb. Hazırda Türkiyə müdafiə sənayesi məhsullarının ixrac həcminə görə dünyada 11-ci yerdə qərarlaşıb. Proses bu il də uğurla davam edir. Yeni ixrac rekorduna ümid edirik. Məqsədimiz ölkəmizi mümkün qədər qısa müddətdə müdafiə sənayesi məhsullarını ixrac edən ilk 10 ölkə sırasına çıxarmaqdır”.

C.Yılmaz qeyd edib ki, bəzi məhsul kateqoriyaları üzrə Türkiyə şirkətləri artıq dünya bazarında aparıcı mövqelərə malikdir. O, xüsusilə zərbə tipli pilotsuz uçuş aparatlarının istehsalını buna nümunə göstərib.

Vitse-prezident, həmçinin vurğulayıb ki, Türkiyə hökuməti yeni proqram və təşəbbüslərə üstünlük verməklə, gənc kadrların dəstəklənməsini bundan sonra da davam etdirəcək.




Baxış sayı: 135
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30