Azərbaycan inkişaf edən və əhəmiyyətli regional rolunu nümayiş etdirən güclü dövlətdir. Azərbaycanın müharibənin dayandırılması səylərində həm iştirakı, həm də səsi son dərəcədə mühümdür
Bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən söyləyib.
Azərbaycanın və Ukraynanın həm də strateji tərəfdaşlar olduğunu deyən nazir qeyd edib: “Azərbaycan biznesi Ukraynada daim fəal olub və biz bu fəaliyyətin daha da genişləndirilməsini arzu edirik. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq. Ümumiyyətlə, Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa, o cümlədən Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Biz bunun üzərində fəal şəkildə işləyirik və əminəm ki, əhəmiyyətli nəticələr əldə edəcəyik”.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
