FACT-INFO.AZ » İQTİSADİYYAT » Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub
7-08-2026, 14:30 | İQTİSADİYYAT
Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub

Zəngilan rayonunda Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə investorlarla görüş keçirilib.

Nazirlikdən Fact-info.az-a bildirilib ki, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaradılması planlaşdırılan aqroparklar və istixana aqroparkı layihələrinə özəl investisiyaların cəlb edilməsi, investorların mövcud investisiya imkanları, dövlət dəstəyi mexanizmləri və tətbiq olunan təşviq alətləri barədə məlumatlandırılması olub.

Tədbirdə yaradılması nəzərdə tutulan aqroparklar və istixana aqroparkı layihələrinin investisiya potensialı təqdim edilib. Bununla yanaşı, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər, investorlara təqdim olunan dövlət dəstəyi alətləri, güzəştli subsidiya mexanizmləri, maliyyə təşviqləri və digər stimullaşdırıcı tədbirlər barədə ətraflı məlumat verilib. Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə müasir aqrar istehsalın genişləndirilməsinə, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılmasına və ixracyönümlü kənd təsərrüfatının inkişafına verəcəyi töhfələr xüsusi vurğulanıb.Kənd Təsərrüfatı Nazirliyinin Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri İlqar Məhərrəmov və Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev işğaldan azad edilmiş ərazilərin zəngin aqrar potensialı, dövlət tərəfindən yaradılan əlverişli investisiya mühiti və həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüblər.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, nazirliyin Aqroparklarla iş sektorunun müdiri Nurlan Verdiyev, eləcə də “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin bölmə rəhbəri Elvin Ağayev təqdimatlarla çıxış edərək aqroparklar və istixana aqroparkı layihələrinin üstünlükləri, investisiya imkanları, innovativ yanaşmalar və perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər.

Təqdimatlardan sonra investorları maraqlandıran suallar aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Daha sonra tədbir iştirakçıları yaradılması planlaşdırılan aqropark layihələrinin həyata keçiriləcəyi ərazilərə baxış keçirib. Sahə səfəri çərçivəsində investorlar layihələrin icra ediləcəyi ərazilərin mövcud vəziyyəti, infrastruktur təminatı və gələcək inkişaf perspektivləri ilə yerində tanış olublar. İşğaldan azad edilmiş ərazilərin investisiya potensialının sərmayədarlara daha geniş tanıdılması məqsədilə analoji görüşlərin gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.




Baxış sayı: 85
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30