FACT-INFO.AZ » MEDİA » Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb
7-08-2026, 21:00 | MEDİA
Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Fact-info.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", DİN-dən bildirilib.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30