Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan şairi, mütəfəkkir filosof Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliği işləri həyata keçirilir.
Fact-info.az xəbər verir ki, bununla əlaqədar Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərlərin orijinaldan Türk dilinə tərcüməsi layihəsinə başlanılıb və bu istiqamətdə Ərzurum Atatürk Universitetinin Fars dili və ədəbiyyatı bölməsinin müdiri, professor Nimet Yıldırımla razılıq əldə olunub. Qeyd edək ki, professor Nimet Yıldırımın tərcüməçilik sahəsində böyük təcrübəsi var və o, bir sıra klassik Şərq şairlərinin əsərlərini Türk dilinə çevirib.
Beləliklə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu günlərdə Nizami Gəncəvinin “İskəndərnamə” əsəri Ankarada “Dergah yayınları” nəşriyyatında çap edilib.
“Xəmsə”yə daxil olan digər dörd əsərin orijinaldan Türk dilinə tərcüməsi layihəsi davam edir və sözügedən əsərlərin tərcüməsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
