Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Arşın mal alan - 100” kitabı musiqisevərlərin, xüsusilə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib.
“Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə nəşr olunan kitabda ölməz əsərin yazılması ilə bağlı Ü.Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. materiallar toplanıb. Əsasən Ü.Hacıbəylinin ev-muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.
“Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı 3 yarımbaşlıq şəklində tərtib olunan kitab oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradır.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş “Arşın mal alan - 100” kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Baxış sayı: 1 952
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

