Filmin nümayişindən əvvəl mədəniyyət və turizm naziriƏbülfəs Qarayev Böyük Vətən müharibəsi veteranlarını, əsgərləri, zabitləri və generalları, habelə Belarus və Gürcüstan nümayəndə heyətlərini salamlayaraq onları Qələbə bayramı münasibətilə təbrik edib.
Sonra filmin yaradıcı kollektivi səhnəyə çıxıb. Qeyd edək ki, filmin 150 nəfərdən ibarət yaradıcı kollektivi keçmiş sovet xalqlarının nümayəndələri – beloruslar, gürcülər, azərbaycanlılardır.
Kollektivi tamaşaçılara təqdim edən rejissor Elxan Cəfərov ekran əsərinin yaradılmasına dəstək olduqlarına görə Müdafiə və Daxili İşlər Nazirliklərinə təşəkkürünü bildirib.
Azərbaycan və rus dillərində səsləndirilən filmin əsas çəkilişləri Belarusda – Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılıb.
Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.
Ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssam Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşviq Hətəmovdur.
Filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülnaz Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.
Baxış sayı: 2 508
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

