FACT-INFO.AZ » XƏBƏR » Türkiyə səmaları “Polad qübbə” vasitəsilə qorunacaq
14-08-2024, 19:30 | XƏBƏR
Türkiyə səmaları “Polad qübbə” vasitəsilə qorunacaq

Türkiyə tarixinin ən böyük addımlarından biri olacaq “Polad qübbə” hava müdafiəsi sistemi layihəsinin icrasına başlayır. Fact-info.az xəbər verir ki, Türkiyənin yerli şirkətləri tərəfindən son zamanlarda hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal bir qalxan yaradacaq “Polad qübbə” ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.

Fərqli keyfiyyət və güclərə malik hərbi texnikanı bir araya gətirəcəyi üçün "sistemlər sistemi" olaraq xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan “ASELSAN” və “ROKETSAN” şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onlar tərəfindən hazırlanan yerli sistemlər süni intellektdən istifadə edilərək bir-biri ilə inteqrasiya olunacaq.

Layihədə ASELSAN tərəfindən hazırlanmış hər cür hava şəraitinə uyğun özüyeriyən zenit silahı - QORQUT, hava hücumuna qarşı avtonom raket sistemi - HİSAR-A+, hava müdafiə sistemi - GÖKDEMİR, hava və quru təhlükələrinə qarşı hazırlanan GÖKER silah sistemi, mobil lazer silah sistemi - GÖKBERK, qırıcı təyyarələrdən qanadlı raketlərə qədər geniş spektrli təhlükələrə qarşı orta hündürlükdə hava hücumundan müdafiə raket sistemi - HİSAR-O+ və daha bir hava müdafiə sistemi - SİPER istifadə ediləcək.

“Polad qübbə” layihəsində, həmçinin “ROKETSAN” istehsalı lazer sistemi ilə təchiz edilmiş mini/mikro toplu pilotsuz hava vasitələrini təhlükəsiz məsafədə zərərsizləşdirə bilən - ALKA, mobil hava hücumundan müdafiə sistemi - BURÇ, hava hücumundan müdafiə raket sistemi - SUNGUR, dəniz vasitələrinə qarşı yer səthinə yaxın və ya yüksəkdən təhlükə yaradacaq texnikaları aradan qaldıracaq, elektron hücuma dayanıqlı raket sistemi - LEVENT, müxtəlif raket və hərbi aviatexnikaya qarşı hazırlanan HİSAR raket ailəsi və uzunmənzilli regional hava müdafiə sistemi - SİPER kimi müasir texnikalar da yer alacaq.

TÜBİTAK SAGE sistemlərin mühəndislik və prototip istehsalı əhatə edən tədqiqat, təkmilləşdirmə, ölçmə, sınaq və rabitə fəaliyyətlərini həyata keçirir. SOM, BOZOK kimi raketlərdən dəqiq istiqamətləndirmə dəstlərinə qədər müxtəlif sistemlər istehsal edən institut isə Türkiyə səmalarının müdafiəsinə GÖKDOĞAN və BOZDOĞAN kimi yerli raketlərlə töhfə verir. TÜBİTAK SAGE, eyni zamanda hərbi xüsusiyyətlərə malik qlobal yerləşdirmə sistemi KAŞİF, KKS Antenna və ATLAS ətalət ölçmə qurğusu kimi elektron sistemlərlə də Türkiyənin müdafiə sahəsində əsas yerlərdən birini tutur. Bu sistemlərin də layihənin icrasında iştirakı planlaşdırılır.

Türkiyənin yerli silah istehsalçılarından olan “Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi”dir (MKE). Müəssisə Türkiyə Silahlı Qüvvələrinin hər cür silah-sursat, raket və texnika ehtiyaclarını qarşılayır. Ölkənin müdafiəsində qalxan rolunu oynayan MKE istehsalı yaxın hava hücumundan müdafiə və raket sistemləri kimi texnoloji məhsulların da “Polad qübbə”də istifadəsi gözlənilir.

Sözügedən müdafiə sisteminin əsasını təşkil edəcək amillərdən biri də süni intellektdir.

Layihə barədə danışan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu məqama aydınlıq gətirib. O deyib ki, “Polad qübbə” laylı hava hücumundan müdafiə sistemləri ilə bütün sensor və silahların bir şəbəkə quruluşu altında inteqrasiya olunmuş şəkildə işləməsi, eləcə də ortaq hava rəsminin yaradılması, real vaxt rejimində əməliyyat mərkəzlərinə çatdırması və süni intellekt dəstəyi ilə qərarvericilərə ötürülməsini təmin edəcək.

Ölkə səmalarında oynayacağı qalxan rolundan əlavə, qübbə düşmən elementləri üçün bir növ maneə olacaq.

Qeyd edək ki, Türkiyənin “Polad qübbə” sisteminin fəaliyyətə başlayacağı tarixə yaxın vaxtlarda aydınlıq gətiriləcəyi gözlənilir.




Baxış sayı: 95
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031