Bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) “facebook” səhifəsində yer alıb.
Leoni Mergen bu kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ilhamlanaraq ərsəyə gətirib. O, kolleksiyanı hazırlayanda Qarabağ dizaynlarını əsas çıxış nöqtəsi kimi götürüb, həmçinin özünün innovativ və fərdi baxışlarını əlavə edib. Yanvar ayında Berlində “Mersedes Benz Moda Həftəsi” çərçivəsində nümayiş etdirilən “Qarabağ kolleksiyası” böyük marağa səbəb olub. Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, sahə üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar kolleksiyanı maraqla izləyiblər. Nüfuzlu jurnalların səhifələrində bu kolleksiya haqqında məqalələr yer alıb.Londonda keçiriləcək tədbir haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdən öyrənmək olar: https://www.facebook.com/events/1311170369002675/ (Azərtac)
Baxış sayı: 1 786
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

