AZƏRTAC xəbər verir ki, dəyişikliklərə əsasən inşaat işləri görülərkən abidə aşkar edilərsə işlər dayandırılacaq və iki ay müddətində tədqiqat işləri aparılacaq. Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Xatırladaq ki, bundan öncə qanunda bildirilirdi ki, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri AMEA-nın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər. Dəyişikliklər səsə qoyularaq qəbul olunub.
Baxış sayı: 1 842
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

