Budəfəki tədbirdə də türkdilli xalqların – türk, kazak, qırğız və uyğurların stendləri ilə yanaşı, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşə təşkil olunub. Bu guşə Fransadakı səfirliyimizin dəstəyi və İNALCO-da Azərbaycan dilini tədris edən Aygün Eyyubovanın təşkilatçılığı ilə hazırlanıb.
Guşədə Heydər Əliyev Fondunun Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və milli mətbəxinə dair kitabları və diskləri, eləcə də ölkəmizə dair suvenirlər nümayiş olunub. Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib.
Əvvəlki illərdən fərqli olaraq bu il stendimizin hazırlanmasında və təqdimatında İNALCO-da dilimizi öyrənən xarici tələbələr - İbrahim Divara, Gil Siqarudi və həmyerlimiz İsmayıl Məmmədov yaxından iştirak ediblər. Onlar qonaqların və həmkarlarının Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı suallarını cavablandırıblar.
Mədəniyyət günü çərçivəsində təmsil olunan ölkələrin folklor musiqiləri səslənib. Balaca Səma ilə Ümid milli rəqslərimizi ifa ediblər. Həmişə olduğu kimi, Azərbaycan guşəsi ziyarətçilərin böyük marağına səbəb olub
Baxış sayı: 1 880
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

