FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir
20-01-2017, 08:50 | MƏDƏNİYYƏT
Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir

Təcavüzkar ölkənin vandalizminə qarşı beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamə və qərarların olmasına baxmayaraq, buna məhəl qoyulmur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə “Qarabağ ərazisindəki memarlıq abidələrinin vəziyyəti” mövzusuna həsr olunmuş plenumda bildirib.
Tədbir iştirakçıları əvvəlcə Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyətini əks etdirən sərgi ilə tanış olublar.
Plenumda məruzə ilə çıxış edən Elbay Qasımzadə deyib ki, ermənilər tərəfindən Azərbaycanın mədəni-tarixi abidələrinin sökülməsi həmin ərazilərin Azərbaycana məxsusluğunun bilinməməsi məqsədini daşıyır.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən tarixi abidələrimizin qorunması, eləcə də beynəlxalq təşkilatların bu aktual məsələyə cəlb edilməsi istiqamətində mühüm addımlar atılıb, konkret işlər görülüb.
Bununla belə, göstərilən səylərə beynəlxalq təşkilatlar indiyədək laqeyd münasibət göstərirlər. “Problemlə bağlı Azərbaycan alim və mütəxəssisləri beynəlxalq konfranslarda və xarici mətbuatda dəqiq faktlarla çıxış ediblər. Amma təəssüflər olsun ki, belə bir plenumu biz ilk dəfədir keçiririk”, - deyə E.Qasımzadə bildirib. O qeyd edib ki, əzəli Azərbaycan torpaqları olan Qarabağda qədim abidələrimizin dağıdılması və erməniləşdirilməsi prosesi hələ də davam edir.
Plenuma çıxarılan mövzunun vacibliyindən danışan Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova əslində Qarabağda olan mədəni irsimizlə bağlı məlumatların azlıq təşkil etdiyini söyləyib.
G.Məmmədova “Qarabağ Dağılan memarlıq irisimiz” mövzusunda geniş məruzə edərək, Qarabağın memarlıq tarixindən söz açıb.
“Qarabağın işğal olunmuş ərazilərindəki tarix və memarlıq abidələrinə qarşı erməni vandalizmi” mövzusuna toxunan Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, abidələrin mühafizə edilməsinə nəzarət işləri, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifəsinə çevrilib.
Mədəni irs bir xalqın mili mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq, millətlər tərəfindən dağıdılması, məhv edilməsi yolverilməzdir.
Faiq İsmayılov çıxışında bəzi statistik rəqəmlərə da müraciət edib.

Diqqətə çatdırılıb ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələri tarixi, incəsənət, memarlıq və arxeoloji abidələr kimi qruplara bölünür. Bu qruplar üzrə 903-ü rəsmi dövlət qeydiyyatı olmaqla Azərbaycanın 4550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Sözügedən abidələrdən 609-u yerli, 285-i ölkə, 13-ü beynəlxalq əhəmiyyətli, 3647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.
Bundan başqa, Ermənistan 1992-1993-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Azərbaycanın Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirir, Azərbaycanın maddi–mədəniyyət nümunələrini mənimsəyib, əraziləri erməniləşdirməklə məşğul olurlar.
Sonra Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti Plenumunun Qətnaməsi və plenum iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti oxunub.




Baxış sayı: 2 278
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031