FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan muğamı Londonda
18-01-2017, 10:15 | MƏDƏNİYYƏT
Azərbaycan muğamı Londonda

London Universitetinin bölməsi olan Şərq və Afrika Araşdırmaları Fakültəsində (SOAS) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvü, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Azərbaycanda Muğam: Yeni Tendensiyalar və Klassik Ənənələr” adlı mühazirə ilə çıxış edib.
 Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, mühazirə SOAS Musiqi Departamenti, Vostok Cəmiyyəti və TEAS-ın birgə əməkdaşlığı şəraitində baş tutub.
 Tədbirə SOAS-ın mühazirəçisi və vaxtaşırı BBC Radio 3-də musiqi icmalçısı kimi çıxış edən Dr. Lüsi Düran, dünyanın aparıcı dövri musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru və  “Evening Standard” qəzetinin köşə yazarı Saymon Brouton da daxil olmaqla, 70-dən artıq iştirakçı qatılıb.
 S. Bağırova muğamın klassik ənənələri barədə danışaraq bildirib ki, muğam Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda inkişaf etmiş improvizasiya xarakterli, emosional məna daşıyan, qədim, milli Azərbaycan musiqisidir. O vurğulayıb ki, Azərbaycan muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib. 
 S. Bağırova həm Azərbaycan, həm də xarici innovatorların ifalarını təhlil edərək bildirib ki, bu ifaçılar muğam ənənəsinə yeni yanaşma tətbiq edir, klassik musiqi ilə caz musiqisini muğamla birləşdirərək çox gözəl effekt yaradırlar.
Musiqişünasın sözlərinə görə, muğam mövzuları, yəni sərbəst ölçüsü olan melodiyalar adi qaydada muğam ifaçıları tərəfindən ənənəvi musiqi kimi bəstələnmir. Buna baxmayaraq, ifaçı onun mətninə öz detallarını əlavə edə bilməz. Onlar kanonik və şəxsi elementlər arasında düzgün tarazlıq və ənənəvi elementlərin şəxsi və innovativ elementlərdən üstün olduğu bir tarazlıq saxlamalıdır.
 Mühazirə Azərbaycanın əməkdar mədəniyyət xadimi, Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub.
 R. Rüstəmov Ağdam şəhərində anadan olub. Onun musiqi karyerası 1969-cu ildə Musiqi Festivalında qalib adını qazandıqdan sonra başlayıb. O həmçinin, Xan Şuşinski adına Musiqi Məktəbinin müdiri və “Qarabağ Bülbülləri” ansamblının direktoru olub. Onun “Bayatı-Şiraz” muğamından bir parça və “Rast” muğamının variantlarını virtouz şəkildə ifa etməsi ustadın yüksək musiqi bacarığından xəbər verirdi.
 SOAS-dakı mühazirə sual-cavab sessiyası ilə yekunlaşıb. 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 792
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031