Yanvarın 16-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi, SOAS Musiqi Departamenti və Şərq Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda muğam: yeni tendensiyalar və klassik ənənələr” mövzusunda tədbir keçiriləcək.
AzərTAc Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova mövzu üzrə çıxış edəcək. Onun çıxışı musiqi parçaları ilə müşayiət olunacaq.
İndi muğamın “klassik ənənələri” adlandırdığımız xüsusiyyətlər vaxtilə yeni tendensiya kimi meydana çıxıb. Tədbirdə müasir muğam sənətində son tendensiyalar, onların yaranması və irəli sürülməsi məsələləri son vaxtlar həyata keçirilən birgə yaradıcılıq işlərinə, o cümlədən xanəndə Qoçaq Əsgərov və fransız caz ifaçısı Pyer de Treqomənin əməkdaşlığına istinad olunmaqla müzakirə ediləcək.
Tədbir haqqında ətraflı məlumatı https://www.facebook.com/events/1236406946448798/ linkindən öyrənmək olar.
Baxış sayı: 1 919
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

