Tədbir UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. Muzeyin direktoru Şirin Məlikova layihə haqqında məlumat verərək bildirib ki, “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş mütəxəssislər tərəfindən ustad dərsləri keçirilib. Ümumiyyətlə, layihənin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdir.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova və Xalça Muzeyinin elmi-bərpa və konservasiyası üzrə direktor müavini Yalçın Səlimov layihənin nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 41 gün ərzində həm muzeyin bərpa və konservatorları, həm də ölkəmizdə fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının əməkdaşları, bu sahələr üzrə təhsil alan tələbələr ustad dərslərində iştirak edib və təcrübə mübadiləsi aparıblar. Natiqlər layihənin unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahədə yeni kadrların yetişdirilməsinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. (AZƏRTAC)
Baxış sayı: 1 692
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

