Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Səttar Bəhlulzadənin həyat və yaradıcılığından, eləcə də Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən söhbət açılıb.
Bildirilib ki, adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi daxil olan Səttar Bəhlulzadə təkcə öz sənətinin deyil, ölkəmizin əsrarəngiz təbiətinin, tarixi keçmişinin, poeziyasının, folklorunun və adət-ənənələrinin ən gözəl bilicilərindən olub. S.Bəhlulzadənin əsərləri doğma torpağa sevgi rəmzi, eləcə də xalq yaşam tərzinin, sadə insanların dünyaya baxışlarının əsl ensiklopediyasıdır.
Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Təranə Cəbiyevanın “Səttar yadigarı” kitabının təqdimatı keçirilib. Bu topluda Əbdülağa Kazımlıdan, onun görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi və müəllifi olduğu şeirlər də toplanıb.
Musiqili proqramla davam edən tədbirdə görkəmli fırça ustasının adını daşıyan sarayda fəaliyyət göstərən rəsm kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Baxış sayı: 1 959
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

