Birlikdən verilən məlumata görə, təqdimat Azərbaycan diasporunun nümayəndələri Ələkbər və Səadət Qarayevalar, o cümlədən, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk üzrə nümayəndəliyinin rəhbəri Kamran Rüstəmzadə tərəfindən təşkil edilib.
Təqdimatda Azərbaycan diasporunun üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin Krasnoyarsk üzrə sədr müavinləri, “Odlar yurdu” rəqs ansamblının nümayəndələri, Sibir Federal Universitetinin tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk üzrə şöbəsinin sədr müavini Ələkbər Qarayev açaraq müəlliflə tanışlığından danışıb. O, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, “Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayeva çıxış edərək aktiv gənclərin bu kimi kitaba namizəd olduğunu qeyd edib.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub. Fuad Hüseynzadə iştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib. O qeyd edib ki, dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu kitabı ərsəyə gətirib: “Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”.
Sonda Səadət Qarayeva diaspor işində fərqlənən gənclərə diplomlar təqdim edib.(525.az)
Baxış sayı: 1 936
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

