Parisdə məşhur “Cornette de Saint Cyr” qalereyasında tanınmış fotoqrafların əsərlərinin sərgisi təşkil edilib.
Sərgidə dünya şöhrətli fotoqraf Reza Deqatinin İçərişəhərdə Şirvanşahlar sarayında 2012-ci ildə çəkdiyi “Azərbaycan. Saray məhrəmliyi” və Türkmənistanda çəkdiyi “Həmrah” fotoları nümayiş olunur.
Reza Deqati Azərbaycanla bağlı bir neçə sərgi-layihənin müəllifidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məşhur fotoqrafın ölkəmizə həsr etdiyi “Odun cazibəsi” (Elegance of fire) və “Günahsızların qırğını” (The Massacre of innocents) kitablarının 2014-cü ildə Parisdə təqdimat mərasimi keçirilib. R.Deqati ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransanın “Xidmətlərə görə” ordeni laureatıdır.
Gənc fotoqraf Maya Bağırova “Sizi görürəm” və “Bu günün keçmişi” adlı ağac fotoları ilə sərgidə iştirak edir. M.Bağırova 2015-ci ildə Fransada SNBA (Milli İncəsənət Cəmiyyəti) sərgisində ölkəmizi təmsil edərək iki qızıl medal və “Jan Larivye” mükafatına layiq görülüb.
Baxış sayı: 1 913
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

