FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Leyli və Məcnun” operasının ABŞ uğuru
24-10-2016, 09:25 | MƏDƏNİYYƏT
“Leyli və Məcnun” operasının ABŞ uğuru

Operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Konsertlər ABŞ-ın Kaliforniya ştatındakı nüfuzlu Berkli Universitetinin, Sietl şəhərindəki Vaşınqton Universitetinin və Ənn Arbor şəhərindəki Miçiqan Universitetinin geniş konsert zallarında keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Hər şəhərdə dörd tamaşa təqdim olunub.

Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o zamandan da Üzeyir bəyin ilk operası, Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi və sənəti “Leyli və Məcnun” layihəsinin ərsəyə gəlməsini və onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir. O, Fərqanə xanımla birgə musiqi tariximizdə ən təsirli “Leyli və Məcnun” cütlüyünü yarada bilən nadir sənətçilərdəndir. “Sietl Tayms” qəzetində dərc olunan məqalədə qeyd olunduğu kimi: “Azərbaycan musiqiçiləri Alim Qasımov və Fərqanə Qasımovanın “İpək Yolu” ansamblının müşayiəti ilə ifa etdikləri musiqi cazibədar və heyrətedicidir”. Heç də təsadüfi deyil ki, ABŞ-ın tibb aləmində yüksək nüfuzu olan, Azərbaycan musiqisinin, mədəniyyətinin bu ölkədə yorulmaz təbliğçisi doktor Şapur Ənsarı Alim Qasımova muğamın bütün dünyada tanınması sayəsində əvəzsiz xidmətlərinə görə fəxri fərman təqdim edib.

Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. Nüfuzlu “Nyu-York Tayms” qəzeti onu “hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox təsir göstərən xoreoqraf” adlandırıb. 1980-ci ildə o, Mark Morris Dance Group (MMDG) adlı rəqs kompaniyasının təməlini qoyub və son 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. Mark Morrisin layihələri dünyanın ən nüfuzlu səhnələrində, o cümlədən, ABŞ-ın Metropoliten Operasında və Böyük Britaniyanın Kovent Qarden teatrında dəfələrlə nümayiş olunub.

Mark Morrisin “Leyli və Məcnun” operasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə gerçəkləşdi. Bu ilin mart ayında Mark Morris Bakıya gəlib, Alim Qasımovla və digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi və mədəniyyəti ilə taniş olub. Həmin səfərdən sonra “Leyli və Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Konsertlərdən öncə Nyu-York şəhərində bir həftə ərzində məşqlər keçirilib, Alim Qasımovun və Mark Morrisin birgə səyləri sayəsində muğam ilə rəqsin mükəmməl vəhdəti əldə olunub. “Leyli və Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva və Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri Əməkdar Artist Rauf İslamovun (kamança) və Zəki Vəliyevin (tar) məharətli və professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

“Leyli və Məcnun” layihəsində Böyük Britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.

“Leyli və Məcnun” layihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçısı kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Aida xanımın təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.

“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli, tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız – Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldığımızdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir. (AZƏRTAC)

 

 

 

 

 

 




Baxış sayı: 1 784
Bəyaz Aslanın Qələbə Salnaməsi Dünən, 20:30 Ruhun Bayraqla Yüksəlişi Dünən, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər Dünən, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb Dünən, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00 Tarif Şurasının bəzi dərmanlarla bağlı qərarı 23-07-2026, 10:00 D vitamini almaq üçün nə qədər günəş altında qalaq? 23-07-2026, 10:00 Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib 23-07-2026, 09:30 Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub 23-07-2026, 09:00 Beynəlxalq hesabatda Azərbaycanın elektromobil infrastrukturunun inkişafı siyasətinə istinad olunub 22-07-2026, 21:00 Milli Mətbuat Günü qeyd olunub 22-07-2026, 21:00 “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb 22-07-2026, 15:30 Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir 22-07-2026, 14:30 Milli mətbuatda dövlətçilik düşüncəsi 22-07-2026, 12:00 22 İyul – Milli Mətbuat Günü - qələmin işığında yazılan tarix 22-07-2026, 11:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031