“Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” sənədli filmi İsrailin “Channel 1” televiziya kanalında nümayiş etdiriləcək.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsindən bəhs edən sənədli filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin premyerası Türkiyənin “Kanal 24”, “CNN Türk” kanallarında və Albaniyanın Milli Televiziyasında da baş tutub.
Xatırladaq ki, “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Baxış sayı: 2 494
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

