Jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında – Nadin Qordimerin Nobel nitqi və hekayələri, “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının davamı, “Hekayə” rubrikasında Şervud Andersonun hekayələri yer alıb. Nəşrin “Poeziya” rubrikasında Nikolay Rubtsovun şeirləri, “Memuar” rubrikasında O.F.Yelışev və A.M.Sprintsin “Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəliklər” araşdırma yazısı, “Korifeylər” rubrikasında Lion Feyxtvangerin “Toledolu yəhudi qız” romanından parça, “Magik roman” rubrikasında Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsəri, “Tədqiqat” rubrikasında Nizami Cəfərovun “Lev Qumilyovun “passionarlığ”ı” məqaləsi yer alıb. Eyni zamanda "Xəzər"in bu nömrəsinin “Teatr” rubrikasında Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” əsərinin davamı, “İtaliya nəsri” rubrikasında Alessandro Barikkonun “Budman sindromu” hekayəsi, “Səhnə” rubrikasında Semyuel Bekketin “Düyün” pyesi və digər maraqlı yazılar yer alıb.
Baxış sayı: 1 797
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

