FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Fransada Məhsəti Gəncəvinin heykəli ucaldılıb
10-10-2016, 10:00 | MƏDƏNİYYƏT
Fransada Məhsəti Gəncəvinin heykəli ucaldılıb

Əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği olan Heydər Əliyev Fondu Fransada “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində bir çox şəhərlərdə tədbirlər təşkil edib. Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub. Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsəti Gəncəvinin heykəlinin şəhər mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb. XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli və xarici şərqşünasların diqqət mərkəzində olan və yüksək qiymətləndirilən Məhsəti Gəncəvinin ağ mərmərdən hazırlanmış heykəlinin açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb. Konyak şəhərinin meri əvvəlcə ölkəmizlə əlaqələrdən danışıb. O, Konyakın minillik yubileyində Tovuz şəhər nümayəndə heyətinin iştirakını, iki şəhər arasındakı mədəni əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib. Məhsəti Gəncəvinin abidəsinin və “Oranjeri” zalının açılışının ikitərəfli münasibətlərin zənginləşməsinə xidmət edəcəyini bildirib. “Orenjeri” zalının sərgilərin təşkil olunmasına, hər iki şəhərin sakinlərinin bir-birinin mədəniyyətini yaxından tanımasına imkan yaradacağını vurğulayıb. Sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ölkəmizin zəngin tarixi, mədəniyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Diplomat Tovuz və Konyak şəhərləri arasında imzalanan qardaşlaşma xartiyasına toxunaraq ikitərəfli münasibətlərin inkişafında onun rolunun əhəmiyyətini qeyd edib. O, Məhsəti Gəncəvinin hələ XII əsrdə əsərlərində qadınların hüquqlarını və kişi-qadın bərabərliyini müdafiə etdiyini diqqətə çatdırıb. Məhsəti Gəncəvinin əsərlərinin bu gün bir çox dillərə tərcümə olunduğunu və sevilə-sevilə oxunduğunu bildirib. E.Əmirbəyov Məhsəti Gəncəvinin əsərlərinin 900 illiyinin 2013-cü ildə UNESCO-da təntənəli şəkildə qeyd olunduğunu, Heydər Əliyev Fondunun dəstəyi ilə Müluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvi adına zalın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Konyakda Azərbaycanın böyük şairəsinin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. Sonra Konyakın merinin müavini Jan-Fransua Herouard Məhsəti Gəncəvinin yaradıcılığından danışaraq həzin musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib. Tədbir iştirakçıları Məhsəti Gəncəvinin heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.Açılış mərasimindən sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib. Tədbir iştirakçıları Azərbaycan muğamlarına valeh olduqlarını bildiriblər.

 

 




Baxış sayı: 1 951
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031