Konqres dünyanın beynəlxalq sülhü çağıran ən böyük tədbirlərindən biri sayılır.
Beynəlxalq Mətbuat Fondundan AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrdən Nobel mükafatçılarının, alimlərin, siyasətçilərin, dindarların və sülh çağırışçısı olan ictimai xadimlərin qatıldığı tədbirdə, ümumilikdə minə yaxın nümayəndə iştirak edib.
Konqresdə dünya üzrə kifayət qədər nüfuz sahibi olan şəxslərin, o cümlədən 2011-ci il Nobel Sülh Mükafatı Laureatı, əslən Yəməndən olan Təvəkkül Karman, “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Şiva və Alin Vare, Ceyms Qolbrayt, Noam Çomski kimi görkəmli iqtisadçıların (video vasitəsilə) və Samir Amin, məşhur Roma klubunun vitse-prezidenti Ernst Ulrix von Veizseker, UTİC və UNI qlobal birliklərin baş katibləri Şaran Burrov və Filip Cenninqs, UNESCO-nun keçmiş baş direktoru Federiko Mayor Zaraqoza, Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki sabiq nümayəndəsi Maria Fernanda Espinosa Qarses, BMT-nin Cenevrə ofisinin baş direktoru Maykl Moller, Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqalarının çıxışları dinlənilib.
Azərbaycanı tədbirdə Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Qərbi Asiyanın 18 ölkəsi və konflikt bölgələri üzrə nümayəndəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev təmsil edib. U.Mirzəyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin sülh danışıqlarındakı mövqeyi haqqında məlumat verib
Baxış sayı: 1 975
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

