FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mexiko şəhərində “Azərbaycanın təqdimatı” adlı tədbir keçirilib
22-09-2016, 08:55 | MƏDƏNİYYƏT
Mexiko şəhərində “Azərbaycanın təqdimatı” adlı tədbir keçirilib

Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən “Naucalli” parkının mədəniyyət sarayında “Instituto de Cultura y Parque Naucalli”nin təşkilatçılığı və ölkəmizin Meksikadakı səfirliyinin dəstəyi ilə “İpək Yolu” adı altında “Azərbaycanın təqdimatı” tədbiri keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Mehriban Səmədova bu kimi tədbirlərin müasir qloballaşma dövründə planetin ayrı-ayrı hissələrində yerləşən iki ölkə və Amerika ilə Avrasiya kimi iki nəhəng qitə arasında informasiya, fikir mübadiləsinin aparılmasında tərəflərin bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün bir körpü olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın gənc respublika olmasına baxmayaraq, çox zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu qeyd edib, ölkəmizin ictimai-coğrafi mövqeyi barədə ətraflı məlumat verib.

M.Səmədova, həmçinin bildirib ki, Azərbaycan dini mənsubiyyət baxımından müsəlman ölkəsi olmaqla yanaşı, tarixən Qərblə yaxın əlaqələrə malik olub. Bu, mədəni irsimizdə Avropa və Asiyaya mənsub olmuş adət-ənənələrin varisliyinin qorunub saxlanmasında əksini tapıb. Azərbaycanın tarixən qədim ticarət yolları, o cümlədən İpək Yolu üzərində yerləşən ölkə olması, hazırki geosiyasi durumda Avropa və Asiya qitələri arasinda körpü kimi yenidən mühüm əhəmiyyət kəsb etməsi xüsusi vurğulanıb.

Daha sonra tamaşaçılara “Azərbaycan haqqında” videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın zəngin tarixi və mədəniyyəti, xalqımızın ağır sınaqlara məruz qaldığı zamanlar, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multikulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlığa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər, ölkəmizin turizm imkanları barədə məlumat yer alıb.

Sonra Mexikoda fəaliyyət göstərən “Nour Said” folklor qrupu tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və digər Şərq xalqlarının repertuarından rəqslər ifa olunub.

Proqramın növbəti hissəsində tərkibi əsasən həmvətənlərimizdən ibarət olan, uzun illər Meksikada fəaliyyət göstərən simfonik orkestrin ifasında Üzeyir Hacıbəyovun, Cövdət Quliyevin və Azərbaycanın digər bəstəkarlarının əsərlərindən ibarət konsert verilib.

Sonda M.Səmədova “Naucalli” parkının baş aşpazlarına ispan dilində çap olunmuş “Azərbaycan milli mətbəx nümunələri” kitablarını təqdim edib.

 Konsert zalına girişdə Azərbaycana aid təşkil olunmuş stenddə səfirliyin sərəncamında olan tarixi eksponatlar, suvenirlər və Azərbaycan haqqında çap materialları, o cümlədən ölkəmizin turizm imkanları barədə bukletlər, jurnallar, broşürlər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şirniyyat nümunələrindən, çay və qəhvədən ibarət olan ziyafət verilib. Təqdimatla bağlı təəssüratlarını bölüşən tədbir iştirakçılarının bir çoxu Azərbaycan barədə öyrəndiklərinin onlar üçün böyük bir yenilik olduğunu bildirərək, bu ölkəyə səyahət etmək və daha yaxından tanış olmaq istəklərini bildiriblər.




Baxış sayı: 2 349
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031