Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Vəli ilə Tellinin duetini yeni tərzdə dinləyicilərə təqdim ediblər. Bu uğurlu duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Fidan Hacıyeva və Ələsgər Əliyev duetə klip çəkdirmək ideyasını yay mövsümündə reallaşdırıblar.
Klipin ssenari müəllifləri Ceyhun Kərimov, Aleks Anişenko, rejissoru Ceyhun Kərimov, operatoru Nadir Mehdiyev, rəssamı Nərminə Vəliyeva, montaj rejissoru Aleks Anişenko, prodüseri Əziz Əliyevdir.
“Pulun var” adlı duet 3 dildə - Azərbaycan, rus və ingilis dilində ifa edilib. Klipdə milli geyimlərdən istifadə olunub.
Qeyd edək ki, “Arşın mal alan” böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin üçüncü, sonuncu musiqili komediyasıdır. 70-dən çox dilə tərcümə edilən “Arşın mal alan” bütün dövrlərdə maraqla qarşılanıb, sevilib, dünya səhnələrində böyük müvəffəqiyyətlə oynanılıb. Bu operetta Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən biridir.
Baxış sayı: 1 873
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

