Xəbərdə bildirilir ki, Müluz şəhərinin “La Sinne” teatrında keçiriləcək festivalın açılış mərasimi Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının ifası ilə başlayacaq. Festivalın ikinci günündə musiqisevərlərə Azərbaycan milli musiqisinin qərb caz sənətinin incə və ritmik çalarları ilə ahəngli sintezindən ibarət konsert təqdim olunacaq. Konsertdə gənc bəstəkar Etibar Əsədlinin bəstələri və onun aranjemanında xalq mahnıları səsləndiriləcək. Festival çərçivəsində “Dədə Qorqud” dastanının motivləri əsasında musiqi gecəsi keçiriləcək.
Sentyabrın 14-dən 17-dək keçiriləcək “İpək və alov” festivalı günlərində 10-dək konsert proqramının nümayişi nəzərdə tutulur.
Festivalın yekun konsertində Müluz Simfonik orkestrinin ifasında dünya klassikləri ilə yanaşı, Xəyam Mirzəzadənin kamera orkestri üçün “Concerto grosso” və Pyer Tiluanın “Xocalı 613” (yeni versiya) əsərləri də səsləndiriləcək. (AZƏRTAC)
Baxış sayı: 1 923
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

