FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Fransanın Konyak şəhərinin min illik yubileyində “Sarı gəlin” xalq mahnısı ifa edilib
5-09-2016, 08:30 | MƏDƏNİYYƏT
Fransanın Konyak şəhərinin min illik yubileyində “Sarı gəlin” xalq mahnısı ifa edilib

Rəsmi bayram mərasimində əvvəlcə “Choeur pour Boala” ansamblı “Sarı gəlin” xalq mahnısını ifa edib.

Mərasimdə çıxış edən T. Zeynalov Konyak şəhərinin rəhbərliyinə yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, yubiley münasibətilə tovuzlular adından şəhər sakinlərini təbrik edib.

Tovuz və Konyak şəhərləri arasındakı sıx əməkdaşlıqdan danışan T.Zeynalov bildirib ki, ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın bir çox şəhərlərində həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Konyak şəhərində də Azərbaycan mədəniyyət günləri, sərgi və konsert təşkil edilib. İki şəhər arasında uğurlu əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, Tovuz və Konyak şəhərindən olan iş adamlarının qarşılıqlı səfərlərinin önəmi xüsusi vurğulanıb.

Həmçinin Azərbaycanın Cənubi Qafqazın ən yüksək inkişaf etmiş ölkəsi olduğu, onun tolerantlıq, mədəniyyətlər və dinlər arası dialoq üzrə dünyada ən uğurlu nümunəyə çevrildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, qədim “İpək yolu”nun üzərində yerləşən Tovuz və qonşu Gəncə şəhərlərində mədəniyyət, ədəbiyyat, musiqi və digər sahələr üzrə tanınmış şəxsiyyətlər, xüsusilə də məşhur “Leyli və Məcnun” poemasının müəllifi, Azərbaycanın mütəfəkkiri və şairi Nizami Gəncəvi hələ XII əsrdə əsərdə kişi və qadın hüquqlarının bərabərliyini dəstəkləyib. Bundan başqa, 2013-cü ildə anadan olmasının 900 illik yubileyi UNESCO tərəfindən qeyd olunmuş Məhsəti Gəncəvinin yaradıcılığı haqqında da iştirakçılara ətraflı məlumat verilib.

Sonda T.Zeynalov bayram tədbirinin iştirakçılarını Azərbaycana dəvət edib. Rayon icra hakimiyyətinin başçısı Konyak şəhərinin min illik yubileyinə həsr olunan xalçanı şəhər meriyasına hədiyyə edib.

Yubiley tədbirləri çərçivəsində Tovuz da daxil olmaqla Konyakla qardaşlaşmış 9 şəhərin pavilyonları təşkil olunub. Tovuz rayonunun pavilyonunda milli şirniyyatlarımız, habelə Heydər Əliyev Fondunun Azərbaycana dair nəşrləri və “Tovuz–Baltiya” şirkətinin nar və üzümdən hazırlanmış içkiləri təqdim olunub.

Konyak şəhərinin meri Mişel Qurenşa, şəhərin digər rəsmiləri, eləcə də Konyakla qardaşlaşmış 9 şəhərin meri və rəsmi nümayəndələr Tovuz rayonunun pavilyonuna böyük maraq göstəriblər.

Yerli sakinlər də Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxinə dair suallar verib, ölkəmizə turist kimi səfər etməkdə maraqlı olduqlarını bildiriblər. Dünyada öz içkilərinə görə məhşur olan Konyak şəhərinin sakinləri, eləcə də bayrama dəvət edilmiş xarici qonaqlar “Tovuz-Baltiya” şirkətinin istehsalı olan, nardan və üzümdən hazırlanmış içkilərə, onların hazırlanma texnologiyalarına xüsusi maraq göstəriblər. Şirkətin məhsullarından dadan konyaklılar heyranlıqlarını gizlətməyiblər.

Tovuz rayonunun pavilyonunu ziyarət edənlər tarzən Rövşən Qurbanovun və kamançaçı Ceyhun Muradovun müşayiəti ilə Nigar Şabanovanın ifasında Azərbaycan muğamlarını dinləyiblər. Azərbaycan şirniyyatlarına və samovar çayına qonaq edilən ziyarətçilər təəssüratlarını bölüşüb, heyranlıqlarını bildiriblər.

 

Yubiley tədbirlərində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, səfirliyin iqtisadi və əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədov, Tovuz şəhərinin icra nümayəndəsi Yaşar İbrahimov, bələdiyyə üzvü Kəmalə Abdullayeva da iştirak ediblər.(AZƏRTAC)




Baxış sayı: 1 883
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031