Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, simpoziumda ərəb dünyasında baş verən geosiyasi və ictimai dəyişikliklər, Yaxın Şərqdəki humanitar böhran, Balkanlardakı münaqişələr və regionun gələcəyi, Şərqi Aralıq dənizində regional inkişaf və sabitliyin bərpası, Avropa İttifaqının qonşuluq siyasətinin perspektivləri, eləcə də gündəmdə olan digər önəmli mövzular müzakirə edilib.
Simpoziumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ərəb Liqasının sabiq baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa təmsil ediblər.
Bir sıra tanınmış ictimai-siyasi xadimlər – amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlits, Yunanıstanın sabiq Baş naziri Georgi Papandreu, ABŞ-ın keçmiş Prezidenti Bil Klintonun sabiq xüsusi müşaviri Mark Mediş, Böyük Britaniya Leyboristlər Partiyasının sabiq lideri Ed Milibənd tədbirdə iştirak ediblər.
Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Amr Musa və Petar Stoyanov paytaxt Afinada Yunanıstan Prezidenti Prokopis Pavlopoulos, sabiq xarici işlər naziri, parlamentin üzvü Dora Bakoyannis, sabiq Baş nazir Kostas Karamanlis ilə görüşlər keçiriblər.
Baxış sayı: 1 980
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

