Jurnalın ilk səhifəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının Aşıq Ələsgərə həsr etdiyi “Ələsgərəm, hər elmdən halıyam...” sərlövhəli yazısı yer alıb.
Nəşrin “El yaddaşı”, “Söz böyüklərimiz”, “Sayalı yurdlar”, “Soyumuz-soydaşımız” və digər rubrikalarda professorlar - Yusif Səfərovun “Naxçıvan rəvayətləri”, Əli Süleymanovun “Bayatılarımızın yer-yurd yaddaşı”, Abbasqulu Nəcəfzadənin “Cəfər Cabbarlının ilk müəllimi-Aşıq Zərnişan”, İsmayıl Məmmədlinin “Əta Tərzibaşının ruhuna hörmət və ehtiram kitabı” və digər yazılar, elmi-nəzəri məqalələr dərc olunub. Jurnalda “Sirli-sehrli sözlər”, “Sözlərin alt qatı” adlı bölmələrdə maraqlı yazılar və aşıq havacatlarının mənəvi-ruhi əsasları haqqında da fikirlər verilib. Jurnalın yaradıcısı və məsləhətçisi Məhərrəm Qasımlıdır.
Baxış sayı: 1 786
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

