AZƏRTAC Cəmiyyətin saytına istinadla xəbər verir ki, müsabiqənin məqsədi bu dəhşətli faciə haqqında məlumatlılığı artırmaq, işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun sülh yolu ilə qaytarılmasına dəstək göstərməkdir.
Hekayələr ingilis dilində yazılmalı və 4-6 min sözdən ibarət olmalıdır. Müəllifin istəyindən asılı olaraq hekayələr təsvir və ya faktlar əsasında yazıla bilər. Münsiflər heyəti qərarını hekayələrin müəllifin yaradıcılıq qabiliyyətini, təxəyyülünü, səlis yazı üslubunu nə dərəcədə əks etdirməsinə, habelə hekayənin fərqli xüsusiyyətlərinə əsasən verəcək.
Seçilmiş hekayələr bir topluda dərc ediləcək və Avropada yayılacaq. I, II və III yerləri tutanlar müvafiq olaraq 500, 250 və 150 funt məbləğində pul mükafatı alacaqlar.
Materiallar noyabrın 1-dək neil.watson@teas.eu ünvanına göndərilməlidir. Müsabiqənin şərtləri haqqında geniş məlumatı aşağıdakı linkdən əldə etmək olar:http://teas.eu/klp.
Baxış sayı: 1 784
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

