Festivalda dünyanın müxtəlif ölkələrindən olan 350 rəssamın sənət əsəri sərgilənib. Belə ki, sərgidə ölkəmizi Xalq Rəssamı Tahir Salahov, Əməkdar Rəssam Sakit Məmmədov və gənc rəssam Deləfruz Bağırovanın sənət əsərləri təmsil edib.
Sərgidə D.Bağırovanın “Mənim Azərbaycanım” triptixi məxsusi nümayiş olunub. Burada gənc rəssam köhnə Bakının ruhu və koloritini müasir dövrün urbanistik novasiyaları ilə tam əlaqələndirə bilib. Gənc fırça ustasının əl işləri Moskva Müasir İncəsənətin İnkişafı və Mədəniyyəti İctimai Fondu tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, 2007-ci ildən etibarən keçirilən ”Ənənələr və müasirlik” festivalı dünyanın müxtəlif ölkələrindən rəssamları bir araya gətirir, gənc istedadlara tanınmış pedaqoqlar və mədəniyyət xadimləri ilə təcrübə mübadiləsi etmək imkanı verir. Festival çərçivəsində təsviri incəsənət sahəsində yaradıcılıq, sevgi və uğura inamı simvolizə edən bürünc heykəlcik - beynəlxalq “VERA” mükafatı təqdim olunacaq. Mükafat rəssamlıq, qrafika, tətbiqi incəsənət, fotoqrafiya, heykəltəraşlıq, installyasiya və muzey işi üzrə qaliblərə veriləcək. (AZƏRTAC)
Baxış sayı: 1 840
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

