Nəşrin elmi redaktoru akademiyanın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, layihənin rəhbəri Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
Kitabda “Heydər Əliyev müasir Azərbaycan diasporunun yaradılmasının təşəbbüsçüsüdür”, “Prezident İlham Əliyev və Azərbaycan diasporunun təşəkkülü, fəaliyyəti məsələləri”, “Azərbaycan diasporunun iqtisadi potensialının yüksəlməsində İlham Əliyevin rolu”, “Türkiyədə Azərbaycan diasporunun təşəkkül tarixi və fəaliyyəti”, “ABŞ-da Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti” mövzularında məqalələr yer alıb. Məqalələrdə diasporların yaranması və formalaşması prosesləri tədqiq edilir, dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən Azərbaycan diasporunun formalaşması hərtərəfli və dərindən öyrənilir.
Kitab tarixçi alimlər, tələbələr, eyni zamanda, geniş oxucu kütləsi üçün dəyərli məlumat mənbəyidir.(AZƏRTAC)
Baxış sayı: 1 821
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

