Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə, kitabın müəllifi Şahlar Əliyev və başqaları çıxış edərək Xan Şuşinski haqqında xatirələrini bölüşüblər.
Qeyd olunub ki, “Nərgiz” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış kitabın redaktoru Qəşəm Əliyev, “Ön sözü”n müəllifi Telman Əliyevdir. Müəllifin xatirələrinin yer aldığı bu kitabda XX əsrin görkəmli xanəndəsi, Xalq Artisti Xan Şuşinskinin Azərbaycan muğam sənətinin inkişafında rolu işıqlandırılıb. Nəşrdə Xan Şuşinskinin atası Aslan ağanın, anası Bəyimxanımın obrazı yaradılıb, Şuşanın mədəni mühiti əksini tapıb.
Tədbirdə Xan Şuşinski adına Ağdam uşaq musiqi məktəbinin şagirdləri tərəfindən musiqi proqramı təqdim edilib.
Baxış sayı: 2 110
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

