Muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov sərgidə yer alan əsərlərin bədii keyfiyyətindən söz açıb. Bildirib ki, dahi bəstəkarın özünə, ailə üzvlərinə, əsərlərinə həsr edilmiş tablolarda rəssamın peşəkarlığı, incə zövqü və heyranlığı, mövzuya bağlılığı əks etdirilib.
Çıxış edənlər “Əbədi bahar”, “Mahnı qanadlarında”, “Qoca adam”, “Odunçular” və digər tabloların tamaşaçıya unudulmaz anlar bəxş etdiyini söyləyiblər.
Hüseyn Hadiyev Üzeyir bəyin dahi musiqiçi olması ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərini əks etdirməyə çalışdığını qeyd edib. Rəssam sərginin ərsəyə gəlməsində ona kömək edən muzeyin kollektivinə, habelə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Tədbirdə Hüseyn Hadiyevin, Sərdar Fərəcovun və dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib.
Baxış sayı: 1 616
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

