Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi, “Dəyərlərimizi tanıdaq, həqiqətlərimizi çatdıraq” - Azərbaycan-İraq mədəni dəyərlər sərgisi və tarixi həqiqətlərimizin beynəlxalq mediada təqdimatı” layihəsinin icrasına başladı.
Fact-info.az saytına layihənin drektoru, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas mahiyyəti, Azərbaycan və İraq xalqlarının mədəniyyətini bir birinə tanıtmaq, tarixi həqiqətləri beynəlxalq media və ictimaiyyətinə çatdırmaq, milli dəyərləri qoruyub təbliğ etməklə xalqlararası əlaqələri gücləndirməkdir.
QHT sədri daha sonra qeyd edib ki, layihə çərçivəsində, Azərbaycanda İraq-Azərbaycan xalqlarının tarixi həqiqət və mədəni dəyərlər sərgisini təkil edərək, İraq-Azərbaycan xalqlarınının milli folklor, tarix, mədəniyyət, incəsənət nümunələrini, milli geyim, milli musiqi və mətbəxini nümayiş edərək, İraqdan jurnalistlər və mədəniyyət xadimlərini ölkəmizə dəvət edərək, onların ölkəmizin maddi-mədəniyyət abidələrinə ekskursiyasını təşkil edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərini və tarixi həqiqətlərimiz beynəlxalq media ictimaiyyətinə çatdırılacaqdır.
Layihə müddətində Qarabağ və ərazilərimizin işğalı ilə bağlı tarixi həqiqətlər və milli mənəvi dəyərləri əks etdirən mədəniyyət nümunələri hər iki xalqın, cəmiyyətlərinə, beynəlxalq media və ictimaiyyətinə davamlı təqdim olunacaq, xarici KİV-də bununla bağlı məqalə və materiallar yerləşdiriləcəkdir.
Fact-info.az
Baxış sayı: 2 030
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

