FACT-INFO.AZ » XƏBƏR » İtalyan jurnalist Gəncədəki erməni vəhşiliklərindən bəhs edib
21-08-2021, 08:45 | XƏBƏR
İtalyan jurnalist Gəncədəki erməni vəhşiliklərindən bəhs edib

“Gəncə qırğını, unutmaq olmaz” sərlövhəli məqaləsində jurnalist ötən ilin sentyabrın sonu noyabrın əvvəllərində Qafqazın yüksəkliklərində tarixin yazıldığını, son nəfərə kimi vuruşmaqla, bütün müttəfiqlərini səfərbər etməklə və əllərində olan hər silahdan istifadə etməklə, Bakı və İrəvanın Cənubi Qafqazda postsovet dövrünün sonunu sürətləndirdiyini və yeni, Sovet dövründən ötən bir dövrün əsasını qoyduğunu bildirir.

“Beynəlxalq münasibətləri izləyənlər bu paradiqmanın dəyişməsinin təsirlərini və nəticələrini tam olaraq yalnız qısa və uzunmüddətli perspektivdə anlaya biləcəklər, lakin bir şey artıq indidən, daha doğrusu, ötən noyabrdan bəri aydındır: İkinci Qarabağ müharibəsi Ermənistan istisna olmaqla, Azərbaycan və Türkiyə başda olmaqla bütün oyunçuların əllərindəkiimkanları artırmaqlaCənubi Qafqazdakı proseslərə təkan verdi”, deyə jurnalist qeyd edir.

E.Pietrobon bildirir ki, münaqişədəki qələbə Bakıya fayda və üstünlüklər gətirmiş və gətirməkdə davam edir, lakin müharibə travmalarsız ötüşmədi.“Qeyd edilən itkilərlə, həmçinin bombardmanların gurultusu və döyüş görüntüləri ilə əlaqədar travmalar. Azərbaycanda Gəncə bombalanmaları və ya Gəncənin bombalanması kimi yadda qalan gözlənilməz və qanunsuz hücumların izi kimi qalan travmalar”, deyə jurnalist vurğulayır.

300 mindən çox əhalisi olan Gəncənin ölkənin ən xarakterik və mənzərəli yerlərindən biri olduğunu deyən jurnalist paytaxt Bakıda olduğu kimi, böyük şəhər olan Gəncənin düşüncədə dünyəviliyi, memarlıqda türkçülüyü və tarixdə qloballığı ilə Azərbaycan xalqının multikulturalizminin mükəmməl aynası və Qafqazın incisi olduğunu bildirir.

“Gəncə hərbi əməliyyatların əhatə olunduğu və Qafqazın açıq damarı olan qanlı Qarabağtorpaqlarında yerləşmir,ancaq bu fakt Gəncəni ötən il Azərbaycan və Ermənistanın apardığı 44 günlük müharibəzamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəf alındı və hələ də həmin günlərin travmasını özündə daşıyır”, deyə jurnalist qeyd edir.

İrəvanınmüharibə psixologiyasından istifadə edərək qorxu yaratmaqla şəhərdən əhalinin çıxarılmasına nail olmaq istədiyini vurğulayan jurnalist bildirir:“Bəlli olan faktlar var : 4, 8, 10 və 17 oktyabr. Şəhərin Ermənistan işğalçı qüvvələrinin mövqelərindənatılan Scud tipli ballistik raketlərlə dörd gecə qəfil bombalanmasıheç də təsadüfi deyildir. 32 ölü və 125 yaralı ilə nəticələnən, ailələri məhv edən, bir neçə uşaq da daxil olmaqla günahsız dinc sakinlərin həyatını əlindən alan gecələr”.

Jurnalist qeyd edir ki, Bakı əsl müharibə cinayəti olan Gəncəyə hücumların qisası olaraq Füzulinin azad olunmasınısürətləndirdi, münaqişə ocağından kənarda yerləşən və xüsusilə dəmülki şəxslərə aid olmasına görə ictimaiyyətin daha güclü birliyivə dəstəyinə səbəb olan bu məsələ Ermənistanın hərbi qüvvələrinin məğlub etdirilməsinə gətirib çıxardı.

“Bu gün, müharibənin bitməsindən doqquz ay sonra, azərbaycanlılar və turistlər qələbəni sözün həqiqi mənasında gözləri ilə görüb,ona əlləri ilə toxuna bilərlər, çünki şəhərlərdən kəndlərə, binaların divarlarından su şüşələrinə qədər üstündə gecə-gündüz görünən bir yazı var: Qarabağ Azərbaycandır. Hər yaş qrupunu və sosial təbəqəni əhatə edən, görünməmiş bir vətənpərvərlik hərəkatına səbəb olan, lakin bəzi yerlərdə, məsələn, Ermənistanın atəşinə məruz qalmış Gəncə məhəllələrində fərqli şəkildə yaşanan bir qələbə”, deyə jurnalist fikirlərinə davam edir.

“Çünki Gəncədə cəbhədən fərqli olaraq qurbanlar mülki şəxslər idi. Burada bütün ailə üzvləri ölən ailələr var, məsələn Şahnəzərli ailəsi kimi – ailə üzvlərinin sayı dörd nəfərdən birə - üç yaşlı bir qıza endirilmiş ailə. Burada 10 aylıq olan Narin Əsgərova kimi yeni doğulmuş körpələrin cəsədini tapdılar. Burada Nurəddin Ağayevdən (77 yaş) Nigar Əsgərovaya (17 oktyabr gecəsi həyatını itirdi, ertəsi gün 15 yaşı tamam olacaqdı) qədər hər yaşda insan qətlə yetirildi və yaşayış binalarından oyun meydançalarına qədər heç bir şey ballistik raketlərin və həmin bombaları atanların ölümcül amorallığından xilas olmadı”, deyə EmanuelPietrobon xatirələrini bölüşür.

Jurnalist hazırdaGəncədə qələbənin havada olduğunu, amma əhval-ruhiyyəninfərqli olduğunu və Qarabağın azad olunmasınınmötədilliklə qeyd olunduğunu bildirir. “Çünki burada baxmağa, dayanıb düşünməyə məcbur edən dağıntılar vardır. Burada, hər yerdən daha çox, yas tutmaq üçün məsum ölülər var”, deyə jurnalist vurğulayır.

O qeyd edir ki, Ermənistan ordusu bəlkə də Gəncədə törətdikləri ilə Füzulinin azad edilməsinin təsirini aradan qaldırmaq ümidi ilə psixoloji savaşın qorxunc potensialına həqiqətən inanırdı, bəlkə də hərbi yolla Azərbaycan xalqını mənəvi şəkildə ruhdan salmaq istəyi ilə vaxt qazanmaq istəyirdi, bəlkə də daha sadə desək, qorxu toxumları səpmək istəyirdi. “Başqa bir yolu da istisna etmək olmaz: münaqişənin Ermənistan ərazisinə qədər uzanacağını gözləmək. Çünki Azərbaycanın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təcavüzü NikolPaşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını aktivləşdirmək istəyini doğrultmuş olardı. Kremlin rədd edə biləcəyi bir istək, lakin buna baxmayaraq, şübhəsiz ki, müharibənin qarşısını ala biləcək bir rol oynaya bilərdi”, deyə jurnalist bildirir.

Fikirlərinə davam edən E.Pietrobon bildirir: “O günləri yenidən nəzərdən keçirdikdə görünür ki, Paşinyan Gəncənin əhalisini boşaltmaq arzusundan daha çox, münaqişənin axarını dəyişmək üçün asimmetrik bir qisas alacağına əmin idi. Riskli bir hesablama, Gəncəyə raket hücumu Ermənistan üçün beynəlxalq humanitar hüququ pozduğuna görə ittihamlar yağışına, sonra isə məğlubiyyətə uğramasına səbəb oldu. Çünki Bakı, müharibənin uzanması ilə əlaqəli riskləri,siyasi cəhətdən - KTMT-nin müdaxiləsi, iqtisadi cəhətdən davamlılığın təmini və hərbi cəhətdən daha geniş və müdafiə olunan bir döyüş sahəsindəki dronların effektivliyi kimi riskləri yaxşı bildiyi üçün, bu ağır travmanı stimullaşdırıcı bir hadisəyə çevirə bilərdi”.

Jurnalist məqaləsini bu fikirlərlə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. Skudlarınzərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir və gələcəkdə də onları xatırlamaq, anmaq üçün orada da qalacaqlar.”

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://it.insideover.com/guerra/ganja-per-non-dimenticare.html




Baxış sayı: 733
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031