Ulu Öndərin parlaq həyat yolundan bəhs edən, müstəqil Azərbaycan naminə məqsədyönlü fəaliyyətini işıqlandıran fotosərgini giriş sözü ilə açan səfir Mir-Həmzə Əfəndiyev görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən parlaq siyasi fəaliyyətinin tarixi əhəmiyyətini, müstəqil dövlətçiliyimizin inkişafında müstəsna xidmətlərini vurğulayıb.
Səfir Heydər Əliyevin Azərbaycanın bugünkü sürətli inkişafının başlanğıcı olan uzaqgörən neft strategiyası barədə tədbir iştirakçılarına məlumat verərək bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.
Tədbir iştirakçıları fotosərgi ilə tanış olduqdan sonra ümummilli lider Heydər Əliyevin şanlı həyat yolundan bəhs edən filmə baxıblar.
Fotosərgi mayın 20-dək davam edəcək.
Baxış sayı: 1 897
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

