FACT-INFO.AZ » XƏBƏR » Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı detallar
11-06-2021, 21:10 | XƏBƏR
Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı detallar

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, Qarabağla bağlı üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuk “Rossiyskaya Qazeta”ya müsahibəsində deyib.

“Xoşməramlı iradə var. Bu çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin birgə üçtərəfli bəyanatı imzalayıblar. Bunun əsasında regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün Baş nazirlərin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrup yaradılıb. Əvvəlcədən həmkarlarımızla sağlam düşüncəyə əsaslanan yanaşmanı seçmək barədə razılığa gəldik. Azərbaycanla Ermənistan arasında münasibətlər çox mürəkkəb, çoxqatlı və tarixin dərinliklərinə gedib çıxır. Çoxları qorxunc faciə yaşayıb, doğma yerlərini tərk edib, ən yaxın adamlarını itirib. Bu hər zaman xatırlanacaq. Bu gün elə etmək lazımdır ki, faciə yenə insanların evlərinə qayıtmasın. Bunun üçünsə, yaraları sağaltmaq lazımdır, bir-biri ilə danışmağı və birgə dinc gələcəyi qurmaq üzərində işləməyi öyrənmək lazımdır.

Reallıq ondadır ki, bizə yaxın və dost olan bu xalqlar qonşu olublar, indi də, bundan sonra da qonşu olacaqlar. Oradakı insanlar dinc yaşamaq, uşaqlarını böyütmək, nəvələri ilə oynamaq istəyirlər. Regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqların bütün iştirakçıları məhz bu mövqedən çıxış edirlər. Hamı öz xalqı üçün yaxşı həyat qurmaq istəyir. Rusiya bu məsələdə onlara kömək edir.

Baş nazirlərin müavinlərinin qiyabi danışıqları 2021-ci ilin yanvarında başlayıb, yanvarın 30-da üç nümayəndə heyəti danışıqlar masasına əyləşib. Azərbaycanla Ermənistan arasında bu cür məsələlər daha əvvəl heç vaxt belə səviyyədə, predmetli şəkildə müzakirə olunmayıb”, - deyə A. Overçuk vurğulayıb.

O bildirib ki, tarixdə müharibə edən tərəflərin qısa müddətdən sonra nəqliyyat əlaqələrini açmaq və ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün şərait yaratmaq vəzifəsi ilə danışıqlar masasına oturduqlarına dair az nümunə var:

“Bütün bunlar danışıqların formatını xüsusi edir və iştirakçıların liderləri tərəfindən qarşıya qoyulan vəzifələrin həllini tapmağa can atdıqlarını vurğulayır.

Ən əvvəldən başlanğıc nöqtəsini tapmaq vacib idi. Bu iki ölkə arasında münasibətlərin əvvəlki tarixi təcrübəsi belə bir dəstəyi vermədi, ancaq başlanğıc nöqtəni tapmaq istəyi sözün əsl mənasında havada uçuşurdu.

Bu yanaşma iki ölkə arasındakı bütün mümkün dəmir və avtomobil yollarının müzakirəsinə keçməyə imkan verdi. Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi imkanları nəzərdən keçirilir. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiyaya və ya Ermənistan və Rusiyadan Naxçıvan yolu ilə İrana hərəkətə başlamaq vəzifələri həll olunur. Bundan əlavə, Ermənistan Orta Asiya ölkələrinə və oradan Ermənistana yük daşımaq üçün Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etmək imkanına sahib ola bilər”.

Rusiya Baş nazirinin müavini qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində regionun blokdan çıxarılması ilə bağlı predmetli danışıqlar gedir: “Bu vəzifənin həllində açar müstəqilliyini qazandığı gündən bloklanmış ölkə olan Ermənistanın blokdan çıxarılmasıdır.

Məlumdur ki, Ermənistanın dənizə çıxışı yoxdur. Ermənistanın Türkiyə və Azərbaycanla çox mürəkkəb tarixi münasibətləri var və bu ölkələrlə sərhədləri bağlanıb. Ermənistanın İranla kiçik bir quru sərhədi var, lakin çətin relyef və pis yollar tam nəqliyyat əlaqələrinə mane olur. Bundan əlavə, İranın özü də vəziyyətə təsir edən məhdudlaşdırıcı tədbirlər görür”.

A. Overçuk Ermənistanın dünya ilə nəqliyyat əlaqəsinin ancaq Gürcüstan vasitəsi ilə olduğunu xatırladıb: “Yuxarı Lars beynəlxalq buraxılış məntəqəsi Rusiyaya yeganə quru marşrutdur. Bu avtomobil keçidi məhdud buraxılış qabiliyyətinə malikdir və il ərzində bir neçə həftə hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlı olur. Orada yüzlərlə yük maşını toplanır. Onlar yolun açılmasını, hərəkətin bərpasını gözləyirlər ki, Rusiyaya və Rusiyadan yükləri daşısınlar. Bu, “butulka boğazı” iqtisadi inkişafı saxlayır, miqrasiya prosesinə mənfi təsir edir və Ermənistana öz potensialını açmağa və onun çiçəklənən ölkəyə çevrilməyə imkan vermir.

Regionda nəqliyyat blokadasının aradan götürülməsi Rusiya, Avrasiya İqtisadi Birliyi və bütün qonşu ölkələr üçün vacibdir.

Bununla yanaşı, Ermənistan Fars körfəzindəki İran limanlarını Qara dəniz limanları ilə, həmçinin Baltik dənizindəki və Sakit okeandakı Rusiya limanlarını birləşdirən böyük bir beynəlxalq nəqliyyat mərkəzinə çevriləcək. Müasir tarixdə bu cür imkanlar heç vaxt açılmayıb. Şübhəsiz ki, bu yeni konfiqurasiyada əsas benefisiarlar Azərbaycan və Ermənistan olacaq. Rusiya bu məsələdə onlara və regiondakı bütün ölkələrə kömək edir.

Üçtərəfli işçi qrup çərçivəsində Azərbaycan və Ermənistanı birləşdirən bütün mümkün dəmiryolu və avtomobil marşrutları araşdırılıb.

Yazda Nəqliyyat Nazirliyinin, Rosavtodor və Rusiya Dəmir Yollarının mütəxəssisləri bu ölkələrin sərhəd bölgələrində çalışıblar. Hər bir avtomobil və dəmir yolunu araşdırıblar, iki ölkə arasında ticarət daşımalarının imkanlarını qiymətləndiriblər. Yol səthlərinin, dəmir yollarının, körpülərin, yolların altında qalan boruların vəziyyəti qiymətləndirib. Təəssüf, demək olar ki, bütün marşrutlar yararsız vəziyyətə düşüb və nəqliyyat əlaqələrinin bərpası ciddi investisiyalar tələb edir. Mütəxəssis işinin nəticələrinə əsasən, tərəflər nəqliyyat əlaqələrini açmaq üçün gələcək addımları müəyyənləşdirə biliblər.

İşin bir hissəsi də hüquqi mövzularla əlaqədardır. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Keçid məntəqələri, gömrük, ümumiyyətlə qonşu ölkələr arasında mövcud olan heç nə yoxdur. Son 30 ildə həm Azərbaycan, həm də Ermənistan aralarında hərəkəti mümkünsüz etmək üçün hər şeyi edib. Bu yığılmış ağrılı problemlərin həll edilməsi lazımdır. Bütün beynəlxalq normativ hüquqi aktların inventarlaşdırılması aparılır. Hər şeydən əvvəl, bu, MDB-yə aiddir. Çünki həm Ermənistan, həm də Azərbaycan MDB-nin üzvüdür.

Elə alınıb ki, hər dəfə hansısa çoxtərəfli müqavilələr imzalanarkən, Ermənistan və Azərbaycan nümayəndələri bu müqavilələr barədə qeydlərini ediblər. İki ölkə arasında nəqliyyat əlaqələrinin həyata keçirilməsinə mane olan bu cür qeydlər aradan qaldırılmalıdır.

30 ildən çox iki ölkənin dövlət aparatları sistemli şəkildə bir-birinə qarşı işləyib. İndi isə onlar həll yolu axtarmalı və kompromislər tapmalıdırlar.

Bu, insanlar üçün çətindir, çünki əvvəlki həyatın bütün yükünü daşıyırlar. Azərbaycan və Ermənistan bunları həyata keçirməyə hazır olduqlarına qərar verdikdə, nəqliyyat əlaqələrini bərpa etmək mümkün olacaq. İndi heç kimin onsuz da çətin olan bu münasibətləri daha da çətinləşdirəcək addımlar atmaması vacibdir”




Baxış sayı: 675
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031