FACT-INFO.AZ » XƏBƏR » İsveçrəli jurnalist Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərindən yazıb
21-05-2021, 08:45 | XƏBƏR
İsveçrəli jurnalist Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərindən yazıb

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə jurnalist Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərinə növbəti səfəri zamanı doğma torpağına geri dönən insanların təəssüratlarını qələmə alıb.

Məqalədə oxuculara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ötən əsrin 90-cı illərində baş vermiş müharibə zamanı tərəflərin verdiyi itkilər, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf ərazilərinin də işğala məruz qalması barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, münaqişə başa çatdıqdan və ərazilər işğaldan azad edildikdən sonra azərbaycanlılar doğma torpaqlarına geri dönürlər. Lakin ərazilər minalandığına və yaşayış məntəqələri tamamilə dağıdıldığına görə bu qayıdış hələlik xüsusi icazələr əsasında və qısamüddətli xarakter daşıyır.

A.Vidmer əslən Cəbrayıldan olan və 15 yaşında doğma rayonunu tərk etmək məcburiyyətində qalan Ülvi Abasquliyevi müşayiət edərkən müşahidələrini qələmə alıb. Müəllif yazır ki, Horadiz şəhərini arxada qoyduqdan sonra qarşılarında kimsəsiz qalmış və dağıntılar dolu bir ərazi görünür. Ərazilər minalanıb, kənd və şəhərlərdə evlər və binalar erməni işğalı zamanı talan olunub. Hərbçilərin yaşayışı üçün nəzərdə tutulmuş tək-tük binalardan savayı, ərazidə bütün infrastruktur məhv edilib. Burada normal həyat sürmək üçün praktiki olaraq heç nə yoxdur.

1993-cü ildə tərk etdiyi rayonuna ilk dəfə geri dönən Ü.Abasquliyev yol boyu həyəcanını gizlətmədən təəssüratlarını bölüşür, uşaqlığını keçirdiyi yerlər haqqında məlumat verirdi. Cəbrayıl şəhərinədək Yuxarı Maralyan, Şükürbəyli, Əmirvarli, Soltanlı kəndlərindən keçdiklərini yazan A. Vidmer burada da evlərin quru divarlarından başqa heç nəyin salamat qalmadığını yazır. Xudafərin körpüsünün yanında avtomobili saxlayarkən Ü.Abasquliyev çınqıllı yolun bir vaxtlar dəmir yolu olduğunu, işğal zamanı dəmir relslərin daşınıb aparıldığını bildirir.

Cəbrayılda “Dostluq” bulağından su içən və Bakıda məcburi köçkün həyatı sürən qohumları üçün bulaqdan su götürən Ü.Abasquliyev sonra özünün doğulub boya-başa çatdığı evi ziyarət edir. Göz yaşlarına hakim ola bilməyən Ülvi doğma evlərinin mətbəxinin divarından bir neçə kafeli anası üçün xatirə olaraq götürür. O bildirir ki, valideynləri doğma torpaqlara geri dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

A.Vidmer qeydlərində 2016-cı il aprel döyüşlərinə də toxunur. Dördgünlük döyüşlər nəticəsində Azərbaycanın müəyyən əraziləri işğaldan azad etdiyini və bundan bir neçə il sonra - 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəldiyini diqqətə çatdırır. Qeyd edilir ki, N. Paşinyan hakimiyyətə gəldikdən sonra daha sərt ritorika nümayiş etdirib və münaqişənin nizamlanması üçün aparılan danışıqlar dayandırılıb. 2019-cu ildə isə Paşinyan Ermənistanın Dağlıq Qarabağla birləşməsini məqsəd olaraq qarşıya qoyulduğunu elan edib. Bunun ardınca isə 2020-ci ilin iyul hadisələri və sentyabrın sonunda cəmi 44 gün davam edən həlledici müharibə baş verib. Müharibənin gedişatından və rəqəmlərdən bəhs edən jurnalist döyüşlərin taleyinin Şuşa şəhərinin işğaldan azad olunması ilə həll olunduğunu qeyd edir. Bildirilir ki, noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə müharibə dayandırılıb. Müharibənin bu mərhələsində döyüşlərin dayandırılması döyüş meydanında erməniləri tam mühasirəyə alınmaqdan xilas edir.

Ərazilərin minalardan təmizlənməsi, yaşayış məskənlərinin və infrastrukturun yenidən qurulması, insanların doğma torpağına geri dönməsi üçün uzun zamana ehtiyacı olduğunu vurğulayan müəllif oxuculara vəziyyəti ən kiçik detallarınadək qədər izah edir. O yazır ki, Ermənistanın keçmiş erməni müdafiə naziri Ohanyanın adını daşıyan müdafiə xətti bəzi yerlərdə 34 kilometr enində çoxsaylı müdafiə istehkamlarından ibarət olub. Təkcə minalanmış sahələr altı cərgədən təşkil olunub və hər cərgə arasında iki metrlik boş sahə qoyulub. Burada həm tank, həm də piyada əleyhinə minalar basdırılıb və münaqişə başa çatandan bəri 20-yə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib, çox sayda insan isə yaralanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) hazırda ərazidə ciddi işlər aparır və rəsmi Bakı işğaldan azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət yetirir. Döyüşlər başa çatdıqdan az sonra Tərtər şəhərini Suqovuşan qəsəbəsi ilə birləşdirən yolun inşası, elektrik xətlərinin təmiri, Füzulidə beynəlxalq hava limanının tikintisi, Əhmədbəylidən Şuşaya yeni yolun salınması bu qəbildən görülən işlər sırasındadır. Həmçinin qeyd edilir ki, Azərbaycan hökuməti erməni işğalçıları tərəfindən dağıdılmış və talan edilmiş ərazilərdə regional mərkəzlər yaratmaq niyyətindədir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla bildirilir ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri yeni yaşayış binaları, məktəblər və səhiyyə müəssisələrini özündə ehtiva edən müasir yaşayış məntəqələri olacaqdır.

Həmçinin diqqətə çatdırılır ki, ADA Universiteti hazırda onlayn sorğu əsasında qaçqın və məcburi köçkünlər arasında doğma torpaqlarına dönməklə bağlı sorğu aparır. Bu istəyi ifadə edənlərdən biri də Xaliq Hümbətovdur. Suqovuşanda doğulub böyüyən və torpaqların işğalı zamanı məcburi köçkünə çevrilən X.Hümbətov doğma yurduna geri dönmək üçün rəsmi qurumlardan razılıq gözləyir. O, artıq bir neçə dəfə rəsmi razılıq əsasında Suqovuşana gedib və öz evini ziyarət edib. A. Vidmerlə söhbət zamanı o, yeganə narahatlığının ermənilər tərəfindən terror təhlükəsi olduğunu bildirib. Tərəflərin yenidən dinc birgəyaşayışa cəhd göstərməli olduğunu söyləyən X.Hümbətov deyir: “Hesab edirəm ki, indi bunun əsl vaxtıdır. Bu, mənim şəxsi fikrimdir, əgər onlar bizə etimad göstərsələr, o zaman biz də onlara etimad göstərə bilərik”.




Baxış sayı: 765
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031