İntizarda qalıb Vətən
İşlətdi yağı hiylə,
Vətən, bağın talandı.
Ah-nalə ərşə qalxdı,
Qəlblərdə od qalandı.
Sinən sar tapdağında,
Yağı səkir oylağında.
Qəmli ötür sarı bülbül,
Xəzan vuran gül bağında.
Oba köçüb, yurdu qalıb,
Bayquş ular bucağında.
Vüqarlı qəddi əyilib,
Yox daha dözüm dağında.
Başın üstü çən-dumanlı,
Fəsillərin hər çağında.
Bağrın qandı ana torpaq,
Didərgin el sorağında.
Yol çəkir intizar gözüm,
Dönəcəkmi el qoynuna?!
Mehriban balası kimi
Salacaqmı qol boynuna?!
Yəqin bir gün çin olacaq
Xəyal adlanan yuxular.
Çıxacaq xalqın canından
Qana hopan xof-qorxular.
Çəkilsin qara əllər
Çəkilsin qara əli
Düşmənin torpağımdan.
Qurusun gözlərdə yaş,
Zövq alım növrağımdan.
Mavi bürünsün göylər
Doğsun, parlasın günəş.
Düşsün elə səs-səda,
Ürəkdə yansın atəş.
Çalsın birlik nəğməsin,
Səslənsin tar-kaman, ud.
Toy-bayram ruhiyyəli
Büsat etsin ana yurd.
Nailə Süleymanlı
Baxış sayı: 1 751
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

