FACT-INFO.AZ » XƏBƏR » Əbədiyaşar, tarix yazan lider
8-05-2021, 15:40 | XƏBƏR
Əbədiyaşar, tarix yazan lider

Azərbaycan üçün təhsil və elm sahələri içərisində ən əhəmiyyətli sahə tibb, səhiyyə sahəsidir. Mən bununla onu demək istəmirəm ki, digər sahələr vacib deyildir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır”. Səhiyyəni “ən əhəmiyyətli sahə”, bizləri “ən qiymətli insanlar” adlandıran Heydər Əliyevin anım günündə çıxışımı onun həyatda çox sevdiyi şair Seyid Məhəmmədhüseyn Şəhriyarın bir sözü ilə davam etdirirəm: “Bizdən də bir söz qalacaq dünyada”. Bu gün bizlərə Ulu Öndərin nitq, bəyanat, çıxışlarının toplandığı 40 cilddən yuxarı əsərləri qalıb. İcazə verin o ecazkar nitqlər barəsində qısaca da olsa öz təəssüratlarımı sizlərlə bölüşüm və ritorik sualla -“Bu necə bir nitq” davam edim.

Bu nitq möhtəşəm girişlər və sonluqlarla müşayiət olunan bir nitq! Bu giriş və sonluqlarda hər kiçik təfərrüat belə nəzərdən qaçmır. Auditoriyanın peşə tərkibindən, siyasi və mənəvi dünyagörüşündən, çıxışların baş verdiyi ictimai-siyasi dövrlərdən, məkan və zamandan asılı olaraq girişlər və sonluqlar öz yerini tapır. Nitqin girişləri ilə böyük natiq auditoriyanı təəccübləndirə, düşündürə və heyran qoya bilir. Azərbaycan yazıçılarının X qurultayında olduğu kimi: “Hörmətli qurultay! Əziz yazıçılar! Hörmətli xanımlar və cənablar! Mən sizi səmimi qəlbdən salamlayıram və yazıçılar qurultayının işinin müvəffəqiyyətlə getməsi münasibətilə sizi ürəkdən təbrik edirəm”. Burada “Hörmətli qurultay!” ifadəsi ilk baxışda auditoriyada təəccüb yaratsa da yazıçıların ali orqanı olan qurultaya müraciət qurultayın əhəmiyyətini bir daha yada salır və auditoriyanı heyran qoyur.

Ordu ilə bağlı çıxışlarda Heydər Əliyev əsgərə olan hörməti qayğını önə çəkməklə bütün dövlət strukturlarınən diqqətini Azərbaycan əsgərinə yönəlir: “Əziz əsgərlər, zabitlər, döyüşçülər” müraciəti səslənir, sonluqlarsa “Azərbaycan əsgərinə eşq olsun!” xitabı ilə bitir. Sonluqlara gəldikdə əgər uşaqlar və gənclər auditoriyasında bu “əziz balalar, mən sizi sevirəm, hər birinizi öpürəm” tipli cümlələrlə bitirsə, Prezident sarayında çatışmazlıqlarla bağlı çağrılmış müşavirələrdə sonluqlar “hər kəs öz məsuliyyətini hiss etməlidir”, “bu işlərlə ciddi məşğul olmaq lazımdır”, “bir daha tələb edirəm ki”, “tədbirlər görülməlidir” ifadələri ilə yekunlaşır. Ulu Öndərin hər bir çıxışının giriş və sonluğu nitq mədəniyyətimizin inkişafı baxımından öyrənilməyə layiqdir.

Bu nitq ruhuna fəlsəfilik hopmuş mütəfəkkir filosof nitqidir. Bu fəlsəfi nitqlərin köməyi ilə dialektik qanunlar auditoriyalara rəvan, axıcı, səlis Heydər Əliyev dili ilə yol alır. Dialektikanın əksliklərin vəhdəti və ziddiyyəti qanunu qaçqınlar auditoriyasında belə səslənir: “Mənim də həyatımda çox əziyyətli günlərim, illərim olubdur. Çox faciəli illərim olubdur. Ancaq yenə də taleyimdən çox razıyam. Bu mənim taleyimdir- onun çox parlaq cəhəti də, faciəvi cəhəti də mənim taleyimdir. Amma bu gün zəhmətdən, əziyyətdən savayı heç bir şey yoxdur. Mən bunu da özümə böyük xoşbəxtlik hesab edirəm ki, xalqıma belə böyük çərçivədə xidmət etmək imkanı əldə etmişəm”.

Bu kiçik parçada taleyin parlaq və faciəvi cəhətləri, əziyyətli illər və xalqına geniş miqyasda xidmət etmək imkanı kimi əksliklər ziddiyyətdə olduğu qədər, həm də vəhdətdədir.

Dialektikanın forma və məzmun kateqoriyalarının vəhdəti Heydər Əliyev nitqində tez-tez səslənir. Görkəmli şəxsiyyətlərə ucaldılan heykəllər haqqında onun fikirləri bu sıradandır. Heykəllər Heydər Əliyev üçün formadır. Əsas məzmun, ana məzmunsa heykəlin qoyulduğu şəxslərin şəxsiyyəti ilə səciyyələnir. Heykəllər Heydər Əliyev üçün vasitədir. Şəxsiyyətlərin öyrənilməsi yolunda, xalqın yaddaşının qorunması yolunda, məzmuna açar olmaq yolunda heykəllər mühüm vasitədir. “Biz bu gün, bu el bayramı günü Məhəmməd Füzulinin Azərbaycanın paytaxtı Bakıda, Füzuli meydanında ucaldılmış heykəlinin önünə getdik, onun heykəlinin qarşısına güllər qoyduq. Ancaq Füzulinin özünün yaratdığı mənəvi heykəl bizim hər birimizin qəlbindədir. O əbədi yaşayacaq, gələcək nəsillərin qəlbində yaşayacaqdır”.

Bütövlükdə fəlsəfi dünyagörüşsüz təsəvvür olunmayan Heydər Əliyev nitqi səmimiyyətlə yoğrulmuşdur. Bu nitq səmimiyyətlə yoğrulmuş bir nitq. Səmimiyyət müxtəlif çeşidli auditoriyalarda, nitq üslublarında, bir sözlə bütün məqamlarda Heydər Əliyevin çıxışlarını tərk etmir: “Böyük natiqin nitq və çıxışlarında tez-tez təsadüf etdiyimiz, səmimiyyətin üzə çıxmasına yardım edən ifadələri sizlərlə birgə yada salmaq pis olmaz:“ Mən çox açıq danışan adamam”, “mən hər şeyi açıq deyirəm”, “gəlin açıq danışaq”, “səhvlər də olacaqdır, nöqsanlar da”, “çatışmamazlıqlarımız hələ çoxdur”, “gəlin bu gün səmimi olaq”, “tarixi qaralamaq olmaz”, “müstəqillik xalqa məxsusdur”, “xalqdan heç kəs inciyə bilməz”, “bu,həqiqətdir”, “müxalifətə bundan sonra da böyük hörmətlə münasibət göstərəcəyik” “gəlin açıq danışaq” və s yüzlərlə səmimi ifadələrlə nitq qurulur.

Bu nitqin gücü çıxışlara sözyaratma qazandırmaq baxımından, çıxışların məna yükünü-semantikasını gücləndirmək baxımından çətin görünən nitq hissələrini nitq prosesə qoşmaqdadır. Məsələn “bir” miqdar sayının sözyaratmadakı rolunu XIV əsr Nəsimi poeziyasında və XX-XXI əsr siyasi natiq Heydər Əliyevin çıxışları ilə müqayisəsi, paraleli yerine düşür.

Nəsimi divanında:

Bir əcaib dilbərə düşdü könül,

Bir əli yetməz yarə düşdü könül,

Ol jalə ki, düşdü gül rüxsarımız üzrə,

Bir qətrə yağış damdımı min lalə tər oldu

Heydər Əliyevin dilində: “Ancaq eyni zamanda mən bu gün onu da bir daha bəyan etmək istəyirəm ki, heç vaxt, heç bir zaman Azərbaycan torpaqlarının bir qarışı belə başqa bir ölkənin əlində ola bilməz” Bir cümlədə 4 yerdə bir miqdar sayının gözəl nitq nümunəsi yaratmasının “bir daha” ədatının fikri qüvvətləndirməsinin, “heç bir” inkar əvəzliyi ilə Azərbaycan dövlətinin prinsipial mövqe nümayiş etdirməsinin, “ola bilməz” qətiyyətli ifadənin formalaşmasında “bir qarış” və “başqa bir” ifadələrindən uğurla istifadə olunmasının şahidi oluruq. Təkcə, bu müqayisə Azərbaycan dilinin möhkəm dayaqlar üzərində bərqərar olmasına, dil varisliyimizə mühüm işarədir. Bu nitq poetik çalarlı bir nitqdir. Poetik ruhlu bu nitq Azərbaycan xalqının poetik bir xalq olduğunu dünyaya bəyan edir. Poetik ruhlu nitqlərlə auditoriyaları nitq cazibəsinə salmaq, qəlbləri fəth etmək, gərgin ictimai-siyasi münasibətləri düzgün və doğru məcraya yönəltmək fenomenal nitq ustası Heydər Əliyevə xasdır.

Poetik duyğular bir sıra hallarda Azərbaycan şairlərinin şeirləri ilə auditoriyalara ayaq açır. Özbəkistanda səfərdə olan Ulu Öndər görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin bir parça şeiri ilə Özbəkistan adlı bir türk respublikasının, çoxmilyonlu özbək xalqı auditoriyasının məhəbbətini qazanır:“Mən bu qədim torpağa, özbək xalqına, hörmətli dostlar sizin hamınıza bir daha dərin ehtiramımı bildirirəm. Mən sözümü görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin özbək qardaşına həsr etdiyi şeirndən bir parça ilə tamamlamaq istəyirəm”:

Candan əziz torpağını

Anam kimi, balam kimi sevirəm.

Düşmənlərin qabağında əyilməyən başımı

Qardaş kimi qarşınızda əyirəm

Bu necə bir nitq.. Bu elə bir nitq ki, sehrinə düşmək çox asan, bu nitq cazibəsindən çıxmaqsa mümkünsüz! Yəni nitqimizi sevənlərin ədəbiyyatımızı sevənlərin Azərbaycan dilini sevənlərin bu cazibədən heç çıxmaq niyyəti də yox!!!

Sonda üzümü tələbələrimizə, gənclərimizə tutur və deyirəm: “Gənc dost! Sənin bu gün malik olduğun maddi və mənəvi sərvətlərin ən qiymətlisi Heydər Əliyevin canından əziz tutduğu Azərbaycan dilidir. Öyrənin başqa əcnəbi dilləri, mənimsəyin başqa türk ləhcələrini! Amma unutmayaq ki, əsrlərin keşməkeşlərinə davam gətirib, viranedici müharibələrə sinə gərib bu gün bizlərə saf şəkildə, büllur şəkildə qorunub çatdırılan bir dilimiz var-Azərbaycan dili, Heydər Əliyevin dili. Allah dilimizi qorusun! Bu Anım günü ərəfəsində Allah Ulu Öndərimizin ruhunu şad etsin. Amin!

Nağdəli Zamanov

Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, AJB-nin üzvü




Baxış sayı: 2 546
Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb Bu gün, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb Bu gün, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu Bu gün, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib Dünən, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq Dünən, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi Dünən, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib Dünən, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged Dünən, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb Dünən, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb Dünən, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq Dünən, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00 Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır 11-06-2026, 12:30 Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb 11-06-2026, 12:30 “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı 11-06-2026, 11:00 Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb 11-06-2026, 10:00 Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək 11-06-2026, 08:30 Qurtuluşun əbədi işığı 10-06-2026, 20:30 Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib 10-06-2026, 20:30 Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır 10-06-2026, 19:30 Klassik ənənə və müasir yanaşma 10-06-2026, 16:00 Sovet repressiyasının hədəfində hər zaman böyük şəxsiyyətlər olub 10-06-2026, 12:00 İl ərzində 8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib 10-06-2026, 12:00 Medianın İnkişafı Agentliyində ictimai müzakirə 10-06-2026, 12:00 Azərbaycanda bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar 10-06-2026, 10:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930