FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını davam etdirəcək
28-04-2016, 09:20 | MƏDƏNİYYƏT
Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını davam etdirəcək

Açıqlamada deyilir: "Aprelin 25-27-də Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adı altında 7-ci Qlobal Forumu keçirildi.

BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgəyaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.

7-ci Bakı Qlobal Forumunda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırıldı.

İnklüziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış etdi. BMT-nin baş katibi Pan Gi Mun tədbir iştırakçılarına videomüraciət edərək Forumun işinə uğurlar arzuladı və ev sahibi olaraq, Azərbaycana təşəkkürünü ifadə etdi.

Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir".

Forumun gündəliyinə inklüziv cəmiyyətlərdə birgəyaşayışa maneə olan və cəmiyyətlərin əsasını sarsıdan aktual problemlər və məsələlər daxil idi. Forum öz işini zorakı ekstremizmin qarşısının alınması üçün platforma və tərəfdaşlıqlar, sosial inklusivlik baxımdan nümunəvi təcrübələr kimi əsas panellər və sülh və terrorizm, miqrasiya, gənclərin inklusiv cəmiyyətlərdə iştirakı, qlobal mədəniyyətlərarası dialoq və Bakı prosesi, zorakı ekstremizmin təbliğinə qarşı medianın maarifləndirilməsi, münaqişəli zonalarda qadınlar və sülh quruculuğu, dini liderlər və zorakı ekstremizm, vətəndaş cəmiyyəti və biznes, kiber ekstremizm və digər alt-sessiyalar üzrə davam etdirdi.

Sosial inklüzivlikdə nümunəvi təcrübələr adlı paneldə çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır humanitar nəticələri, dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı modeli əsasında Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələri haqqında ətraflı məlumat verdi.

Forumun yekun sessiyasında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə Alyansın 7-ci Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklusiv birgəyaşayışa qarşı artan təhdidlərin qarşının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, Bakı Prosesi və 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi baxımdan Azərbaycanın rolu təqdir edildi.

Həmçinin, bəyanatda Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən Alyansın gənclər, təhsil, media və miqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi qeyd olunaraq, 7-ci Qlobal Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Bakı şəhərinə təşəkkür ifadə olundu.

Bəyanatda qeyd olunduğu kimi, 7-ci Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizin yayılmasına qarşı həll yollarının tapılması baxımdan BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımdan qarşısına qoyduğu məqsədlərə nail oldu.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edərək, Azərbaycan Respublikası xarici siyasətinin əsas istiqamətlərindən birinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və hörmətin təşviqi, bu sahədə malik olduğu çoxəsrlik təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyətin sözügedən məsələdə səylərini hərtərəfli dəsəkləməkdən ibarət olduğunu bir daha təsbit etdi.

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan etməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi milli, regional və qlobal səviyyələrdə mültikulturalizmin təşviqi, mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verməsi baxımdan mühüm tədbir oldu.

Azərbaycan Respublikası bu istiqamətdə davamlı siyasətini, beynəlxalq təşkilatlar, digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirəcək. Bakı Prosesi çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaq.

7-cı Bakı Qlobal Forumunun keçirilməsinə dəstək vermiş bütün tərəf müqabillərinə, BMT-yə xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına və forumun iştirakçılarına təşəkkürümüzü bildiririk".




Baxış sayı: 2 004
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930