FACT-INFO.AZ » XƏBƏR » 1918-ci il Mart soyqırımı erməni faşizminin təzahürü idi
31-03-2021, 08:10 | XƏBƏR
1918-ci il Mart soyqırımı erməni faşizminin təzahürü idi

Mart soyqırımı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla törətdikləri kütləvi qırğındır.

İnsanlıq simasını itirmiş erməni cəlladları tərəfindən günahsız soydaşlarımıza qarşı törədilmiş bu cinayət nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın zamanı azğınlaşmış erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, dinc əhalini uşaqdan böyüyədək vəhşicəsinə qətlə yetirmişlər.

Kütləvi qırğına təkcə paytaxt sakinləri məruz qalmamışlar. Həmin ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimiş, Şamaxı Cümə məscidi də daxil olmaqla bir çox mədəniyyət abidələri yandırılmış, uçurulmuş və yerlə yeksan edilmişdir. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşlər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq qətlə yetirilmiş, bu faciəli hadisədən bir nəfər belə sağ çıxmamışdır.

İrəvan quberniyasının 199 kəndi yerlə yeksan edilmiş, bu kəndlərdə yaşayan 135 min azərbaycanlı vəhşicəsinə öldürülmüşdür. Daha sonra Qarabağa yürüş etmiş erməni silahlı dəstələri tərəfindən 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi amansızlıqla qətlə yetirilmişdir. Göründüyü kimi, ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş bu qətliam erməni daşnaklarının insanlıqdan uzaq xislətini, mənfur niyyətini və vəhşiliyini bir daha sübuta yetirir.

İllər ötür, qərinələr və əsrlər dəyişir.Dəyişilməz erməni faşizminin mahiyyətidir. Müzəffər Azərbaycan Ordusu qarşısında diz çökən ermənilər yenə də öz mənfur əməllərindən əl çəkmir, tərk etmək məcburiyyətində qaldıqları evləri yandırır, kəndləri viran qoyur, meşələri məhv edirlər. İşğal etdikləri ərazilərdə 30 il ərzində daşı daş üstə qoymayan, yaşadıqları məkanı xarabalığa çevirən, tarixi saxtalaşdırıb ümumbəşəri dəyərlərə qənim çıxan, insani keyfiyyətləri itirib nəsildən-nəslə vəhşiləşən erməniləri Yer üzündə yaşamaq haqqına malik millət adlandırmaq olarmı? İnsanları yalnız milli mənsubiyyətinə görə qətlə yetirənlər insan adına layiqdirlərmi?

Allahdan soyqırımı qurbanlarına rəhmət, xalqımıza səbir diləyirik!

Ulu Öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Soydaşlarımızın əziz xatirəsini yad edir, “Ruhunuz şad olsun!” – deyirik.

Haqqımız var: şəhidlərimizin qanı yerdə qalmır, düşmən cəzasını almaqdadır.

Dəmir yumruğumuz yumşalan deyil.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 1 113
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031