Kitabın müəllifi Əsgər ağanın irsinin araşdırıcısı Gülhüseyn Kazımlıdır.
Kitabın redaktoru və ön sözün müəllifi Milli Məclisin deputatı, akademik Rafael Hüseynovdur.
Əsgər ağa Gorani Azərbaycan səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə «Əkinçi»nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə «Qocalıqda yorğalıq» pyesinin və «Qara yel» romanının müəllifi, eyni zamanda bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünas və ictimai xadim kimi tanınır. İctimai fikir tariximizin inkişafında onun əvəzsiz xidmətləri var.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin mənəvi övladlarından biri olan Əsgər ağanın itmiş sayılan «Qocalıqda yorğalıq» pyesi bu günlərdə Gülhüseyn Kazımlının ciddi axtarışları sayəsində tapılıb. Adı çəkilən pyes və Əsgər ağanın Lermontovdan tərcümə etdiyi "Yel gəmisi əsəri" də G.Kazımlının müəllifliyi ilə çap olunmuş "Qaranlıqdan işığa" kitabına daxil edilib.
Baxış sayı: 2 033
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

