Tehranın möhtəşəm “Çaharsu” kinoteatrında keçirilən festivala dünyanın 50 ölkəsini təmsil edən 64 film nümayiş olunacaq. Azərbaycan kinosunu festivalda Vahid Mustafayevin “Qanlı Yanvar” filmi təmsil edəcək. Festival çərçivəsində filmin təqdimatı keçiriləcək.
Festivalın baş direktoru, İranın tanınmış mədəniyyət xadimi Əmir İsfəndiyari AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan istehsalı olan filmin festivalda nümayiş etdirilməsi əhəmiyyətli olacaq. Hər iki xalqın mədəniyyətində oxşar məqamlar çoxdur. Azərbaycan filmlərinin İranda, İran filmlərinin isə Azərbaycanda nümayiş etdirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına köməklik göstərər. Bu isə dövlətlər və xalqların mədəni əlaqələrinin genişlənməsinə səbəb olar.
Ə.İsfəndiyari onu da qeyd edib ki, festivala təqdim olunan film Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsindən bəhs edir. İran xalqı da azadlığı uğrunda çox çətin mübarizə yollarından keçib. Ona görə də düşünürəm ki, Vahid Mustafayevin “Qanlı Yanvar” filmi festivalda mükafat qazanmaq şansına malikdir. Festival aprelin 24-dək davam edəcək.
Baxış sayı: 1 999
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

