FACT-INFO.AZ » SİYASƏT » Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər
25-02-2021, 09:00 | SİYASƏT
Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, tərəflər xarici işlər nazirlərinin 26 may 2014-cü il tarixində Bakıda, 29 yanvar 2015-ci ildə Aşqabadda, 28 avqust 2015-ci ildə Antalyada və 19 iyul 2017-ci ildə Bakıda keçirilmiş üçtərəfli görüşlərdə qəbul edilmiş birgə bəyanatları təsdiqləyiblər.

İştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəyi bir daha vurğulanıb.

Nazirlər əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğulayıb və çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul ediblər.

Türkiyə, Azərbaycan və Türkmənistan arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Türk Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlar, həmçinin Asiyanın Qəlbi-İstanbul Prosesi kimi forumlar çərçivəsində davamlı əməkdaşlığın vacibliyi qeyd edilib.

Terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulanıb.

Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixini “İslamofobiyaya Qarşı Beynəlxalq Həmrəylik Günü” kimi qeyd etmək qərarının əhəmiyyəti qeyd olunub və tərəflər bu mövzuda bütün beynəlxalq səyləri dəstəkləməyi qəbul ediblər.

Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğu vurğulanıb.

Üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyi qeyd edilib.

Ticarət və iqtisadi əməkdaşlığı gücləndirərək, investisiya və ticarəti stimullaşdırmaq üçün mövcud potensialdan istifadə edərək, habelə gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı elm, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması sahələrində birgə layihələr və proqramlar həyata keçirməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verməyə qərar verilib.

Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edilib.

Tərəflər COVID-19 pandemiyasına qarşı mübarizədə, o cümlədən imkanlar daxilində qarşılıqlı tibbi yardım yolu ilə koronavirus peyvəndi tədarükündə öz həmrəyliklərini davam etdirməyə və gücləndirməyə qərar veriblər.

Eyni zamanda, COVID-19 pandemiyasının xüsusilə beynəlxalq səyahət, ticarət və nəqliyyat sahəsindəki mənfi təsirlərini azaltmaq məqsədilə pandemiyanın qarşısının alınmasında və onun sosial və iqtisadi fəaliyyətlərə təsirinin idarə edilməsində əməkdaşlıq və koordinasiyaya sadiq olduqlarını təsdiqləyiblər.

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi də vurğulanıb.

“Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd etdilər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğulayıb.

Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolu vurğulanıb və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqları alqışlanıb.

Ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsi də alqışlanıb.

Mövcud infrastrukturun modernləşdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini ifadə edilib.

İnfrastruktur layihələrinin Xəzər regionunun çiçəklənməsi və sabitliyinə töhfəsini nəzərə alaraq, nəqliyyat və energetika sahələrində regional əlaqəni təmin etmək üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər üç ölkə arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətini vurğulanıb və Azərbaycandan təbii qazın artan həcmdə və Türkmənistandan Türkiyəyə və Avropanın qalan hissəsinə enerji mənbələrinin çatdırılmasına yönələn enerji layihələrini dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” adı verilən karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanması məmuniyyətlə qarşılanıb. Bu baxımdan, Türkiyənin və Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artırmaq, həmçinin Azərbaycan və Türkmənistanın iqtisadi inkişafına və çiçəklənməsinə töhfə vermək məqsədilə karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü üçün birgə layihələr hazırlamağa hazır olduqlarını bildiriblər.

Üç ölkənin ortaq irsinə əsaslanan təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə gələcək əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Siyasi dialoq, regional və qlobal məsələlərdə davamlı əməkdaşlıq və koordinasiya məqsədilə müntəzəm olaraq üçtərəfli görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıq bildirilib. Görüş tarixi diplomatik kanallarla razılaşdırılacaq.




Baxış sayı: 756
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30