Jurnalın bu nömrəsində Azərbaycan incəsənət tarixi nəzəriyyəsi üzrə fəlsəfə doktoru Dilarə Vahabovanın məqaləsi dərc edilib.
Məqalədə Azərbaycanın rəssamlıq məktəbinin formalaşması, miniatür rəssamlıq və incəsənətin bu növünün digər janrları haqqında geniş məlumat verilib. Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Tahir Salahov, Cavad Mircavadov və başqalarının yaradıcılığı barədə maraqlı hadisələrə nəzər salınıb.
Yazıda 21-ci əsrdə Azərbaycan rəssamlıq məktəbinin yeni tendensiyalarından bəhs edən müəllif 2010-cu ildə yaradılmış “YARAT” müasir gənclər emalatxanasının gördüyü işlər barəsində də oxuculara müfəssəl məlumat verib.
Qeyd olunub ki, bu emalatxana kreativ gənclərin yaradıcılığını dəstəkləyir, Azərbaycanda və Avropa ölkələrində onların sərgilərini təşkil edir. Emalatxana istedadlı gəncləri diqqətdən kənarda saxlamayaraq, onlara yaradıcılıqla məşğul olmaq üçün şərait yaradır.
Baxış sayı: 2 137
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

